Dünyanın ən populyar müğənnilərindən biri, amerikalı reper Niki Minaj hüquq müdafiəçilərinin və beynəlxalq insan haqları təşkilatlarının etirazlarına rəğmən Anqolaya yollanaraq paytaxt Luandada konsert verib.
Milli.Az bildirir ki, qastrolu "Unitel" telekommunikasiya şirkəti təşkil etmişdi. Bu şirkət Anqola prezidenti Joze Eduardu duş Santuşa və onun ailəsinə məxsusdur.
"Human Rights Foundation"un rəhbəri Tor Halvorssen ötən həftə 33 yaşlı Niki Minaja müraciət edərək: "Konsert üçün anqolalı sponsorlardan alınan pullar insan haqlarının pozulması və korrupsiya nəticəsində əldə olunub, sizdən xahiş edirəm ki, bu konserti ləğv edəsiniz", - deyib.
1979-cu ildən bəri Anqola prezidenti postunda olan 73 yaşlı Joze Eduardu duş Santuşu "qəddar diktator" adlandırırlar. Jurnalistlərin yazdıqlarına görə, sadəcə bu ilin əvvəlindən bəri Anqola prezidentinin göstərişi ilə 200 müxalifətçi edam olunub, 17 nəfərsə "demokratiya haqqında kitablar oxuduqlarına görə" həbsxanalara atılıb.
Bundan başqa, Anqola lideri ölkənin neft satışından əldə etdiyi pullardan 32 milyard dolları mənimsəməkdə suçlanır. Anqola əhalisirnin 70 faizindən çoxunun gündəlik gəliri 2 dollardan da azdır.
Reppin the flag on my back. ANGOLA I LOVE UUUUUUUUUUUUU. THANK UUUUUUUU!!!!!!!! Muuuuaaahhhhhhh!!!!!!!
A photo posted by Nicki Minaj (@nickiminaj) on Dec 19, 2015 at 2:27pm PST
Niki Minaj Luandaya çatan kimi fotolarını İnstagram-dakı profilində paylaşmağa başlayıb.
Paylaşmalarından birində Niki yazıb: "ANGOLA I LOVE UUUUU. THANK UUU!!!!! Muuuaahhhh!!!!!"
Oh hai, Angola. Ready for the show?




