Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Rabitəbank” “Zolotaya Korona” pul köçürmələri xidmətinə qoşulub

“Rabitəbank” “Zolotaya Korona” pul köçürmələri xidmətinə qoşulub

Date: 22 December 2015 12:38


Bakı, 22 dekabr, AZƏRTAC
“Rabitəbank” ASC beynəlxalq pul köçürmələri olan “Zolotaya Korona” xidmətinin yeni iştirakçısı olub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Zolotaya Korona” xidmət sisteminin yeni məntəqələri artıq Azərbaycanın 14 regionunda açılıb.
“Rabitəbank”ın müştəriləri sərfəli tariflə - 1 faizdən (əməliyyatın məbləğ və istiqamətindən asılı olaraq) başlayaraq “Zolotaya Korona” ilə pul köçürmələrini MDB ölkələrinə və uzaq xaricə həyata keçirmək imkanını əldə edib. Bundan başqa, bankda xüsusi təklif - “0% tarifi” qüvvədədir: xidmət məzənnəsi üzrə valyuta köçürməsinin konvertasiya ilə göndərilməsi zamanı xidmətə görə komissiya mövcud deyil. Köçürmələr ani, ünvansızdır, hesab açılmadan göndərilir.
“Rabitəbank ənənəvi olaraq kiçik və orta biznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb, lakin universal kredit müəssisəsi kimi bankın strategiyası biznesin pərakəndə istiqamətinin hərtərəfli inkişafını da nəzərdə tutur.
Ətraflı məlumatı www.rabitabank.com saytından əldə etmək olar.

Tags:  Rabitəbank Zolotaya Korona pul köçürmələri xidmətinə qoşulub


RƏYLƏR


Top news