Nizami Kino Mərkəzindən növbəti yeni aksiya - FOTO

Nizami Kino Mərkəzindən növbəti yeni aksiya - FOTO
13:27 22 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ilk dəfə danışma və eşitmə qüsuru olan uşaqlara surdotərcümə ilə animasiya filmi nümayiş olunub

Hər zaman yeniliklərə açıq olan Nizami Kino Mərkəzi dekabrın 21-də MEGOGO onlayn-kinoteatrı ilə birgə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 3№-li İnternat Evinin danışma və eşitmə qüsuru olan sakinlərinə surdotərcümə ilə "Oz: uçan meymunların basqını" animasiya filmini təqdim edib.

Böyük maraqla filmi izləyən səksəndən artıq uşaq nümayişdən sonra Nizami Kino Mərkəzi tərəfindən kinomərkəzin "Nizami Restaurant & Lounge" restoranında nahara dəvət olunub.

Balaca qonaqlar adından internatın müəllimləri uşaqlar üçün hazırlanmış tədbirə görə bütün zəhməti olan insanlara təşəkkürlərini bildiriblər.

Nizami Kino Mərkəzinin rəhbərliyi bu xeyirxah təşəbbüsdə MEGOGO onlayn-kinoteatra daima dəstəyə hazır olduğunu qeyd edib və qarşılıqlı olaraq MEGOGO-onlayn-kinoteatrın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Xəlilov Nizami Kino Mərkəzi ilə əməkdaşlığın davamlı olacağını arzu edib.

Fərid Xəlilov nəqliyyati dəstəyə görə "Atilla Trans Services A" LLC-yə də təşəkkürünü bildirib.

Xatırladaq ki, ilk leqal videoplatforma olan MEGOGO-onlayn-kinoteatrı "Bax necə eşidirsən" layihəsi daxilində surdotərcümə studiyası yaradıb və danışma və eşitmə qüsuru olan insanlar ücün filmlərin surdotərcüməsini və bu filmlərin xüsusi kataloqunu hazırlayır. MEGOGO onlayn-kinoteatrın əməkdaşları "Bax necə eşidirsən" layihəsi daxilində respublikanın bölgələrində də bu aksiyanın keçirilməsini planlaşdırır.












Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/392185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR