Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Volqoqradda yaşayış binasının dağıntıları altından üçüncü cəsəd çıxarılıb

Volqoqradda yaşayış binasının dağıntıları altından üçüncü cəsəd çıxarılıb

Date: 22 December 2015 14:13


Bakı, 22 dekabr, AZƏRTAC
Volqoqradda partlayış nəticəsində dağılan yaşayış binanın ikinci mərtəbəsində daha bir cəsəd aşkarlanıb. Onun qız uşağı olduğu qeyd edilir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə nümayəndəsi bir qədər əvvəl tapılan ikinci cəsədin 25 yaşlı gənc oğlana aid olduğunu bildirib.
Hadisə zamanı xəsarət alan 12 nəfər hazırda Volqoqrad xəstəxanalarında stasionar müalicəyə cəlb olunub.
Qaz sızması nəticəsində partlayışın baş verdiyi bina yararsız hala düşüb. Hökumət sakinlərə təzminat ödənilməsinə başlayıb. Həlak olan şəxslərin ailələrinə 1 milyon rubl təzminat, həmçinin dəfn mərasimlərinin xərclərini ödəmək üçün ehtiyat fondundan əlavə vəsait ödəniləcək.

Tags:  Volqoqradda yaşayış binasının dağıntıları altından üçüncü cəsəd çıxarılıb


RƏYLƏR


Top news