"Qaqa, bu qızın profilini necə qırım?"

"Qaqa, bu qızın profilini necə qırım?"
14:32 22 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Günümüzün ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələr sadəcə ünsiyyət vasitəsi deyil. Bu şəbəkələr vasitəsi ilə insanlar pul qazanır, biznes inkişaf etdirir və həmçinin dostları, tanışları ilə ünsiyyətdə olurlar. İllər, aylar keçdikcə sosial şəbəkələr izləyicilərini müxtəlif yeniliklərlə sevindirir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, sosial şəbəkələrin bir neçə növü mövcuddur:

Video sosial şəbəkəsi

Oyun portal şəbəkəsi

Məlumat almaq üçün istifadə olunan şəbəkələr

Ünsiyyət üçün olan şəbəkə və vahid şəbəkə üzərində qurulmuş tədris üçün nəzərdə tutulan şəbəkələr

Sosial şəbəkələrin müxtəlif maraq kəsb edən tarixləri də var. Təbii ki, dünyada sosial şəbəkə anlayışı əsasən "Facebook"la bağlıdır.

"GlobalWebIndex" agentliyinin araşdırmasına əsasən, sosial şəbəkələrdən biznes, elmi inkişaf yönündə ən az istifadə olunan ölkələrdən biri də məhz Azərbaycandır. Təhlükəsizlik baxımdan da eyni vəziyyətdəyik. Hazırda "Facebook" ən güvənli saytlardan biri, bəlkə də birincisidir. Müxtəlif cür qorunma bölmələri var ki, kimsə sizin parolu bildiyi halda profilə daxil olarsa, daxil olunmuş cihazın markası, yerləşdiyi ünvan, giriş olunan tarix kimi özəllikləri elektron poçta, həmçinin mobil telefona göndərir. İkinci bir güvənlilik mobil cihazla bağlıdır. Əgər sizin profilə yad birisi daxil olmaq istəyərsə, tətbiq olunan şifrədən əlavə, profildə uyğunlaşdırılmış mobil nömrədən bir növ icazə almaq tipli kod göndərir. O kodu daxil edəndən sonra profilə girmək mümkün olur. Son illər ölkədə gənclər arasında "qaqa, bu qızın profilini necə qırım?" deyimi məşhurlaşmaq üzrədir. Ümumiyyətlə, öndəgedən sosial şəbəkələrdə "profil qırmaq" anlayışı yoxdur. Yəni ki, 99% mümkünsüzdür. 1% o halda mümkündür ki, siz peşəkar haker olasız. Haker olduqdan sonra daxil olub "facebook"un bazasını dağıtmalısız ki, bu da qəti mümkünsüzdür. Əgər bir paneldə kiçik bir dəyişiklik olunsa, yaşadığın ölkədən asılı olmayaraq haqqında cinayət işi açılır. 2015-ci ilin ortalarında Mark Zuckerberqin verdiyi açıqlamaya əsasən, hələ ki, "Facebook"da hakerlər tərəfindən ciddi hücum faktı qeydə alınmayıb və heç kim cinayət işinə cəlb olunmayıb.

"Vincos.it" saytının məlumatlarında Rusiyanın ən böyük sosial şəbəkələri olan "VKontakte" və "Odnoklassniki" okeanın o biri tayında ümumiyyətlə istifadə olunmur. Bu iki sayta ən çox daxil olan ölkələr isə Rusiya ilə yanaşı, Ukrayna, Qazaxıstan, Tacikistan, Monqolustan, Belarusiyadır. Azərbaycanı da bu siyahının orta pillələrinə salmaq olar. Əslində "Odnoklassniki" dediyimiz "şəbəkə" hələ də özünə "sosial şəbəkə" statusunu almayıb. Yəni buradan yalnız tanışlıq mərkəzi kimi istifadə etmək olar. Uşaqlıq illərim elə də çoxdanın dövrü deyil. Amma biz ancaq futbol, daş vurdu və digər oyunlar oynayırdıq. Lakin indi 6-15 yaşlı uşaq və yeniyetmələr "odnoklassniki"də günlərini keçirirlər. Təbii ki, belə olacaq deyəcəksiniz. Səbəb kimi də müasir dövrü göstərəcəksiniz. Razıyam, lakin bir nüans vurğulayım. Ötən ayların birində "Fotoşop" proqramında 3 saatlıq bir işin yekununa az qalmış kiçik problemlə üzləşdim. Problemi həll etmək elə də çətin olmadı. Texas ştatında yaşayan 13 yaşlı uşağın "Youtube" video portalına yerləşdirdiyi video sayəsində həmin problemi həll etdim. Videoya isə 200 mindən çox baxış var idi. Yəni ABŞ-da uşaqlar "fotoşop"dakı problemlər haqqında bəhs edən video çəkib internetə yerləşdirirlərsə, Azərbaycanda 9-cu sinif şagirdi "Point Blank"da rütbə almaq üçün evdən pul oğurlayıb pos-terminal vasitəsi ilə pul ödəyir. Bu da bizə inkişaf...

"Google"un statistikasına görə, 1 dəqiqə ərzində "WordPress"də yığılmış bloqlara 1500-ə yaxın məqalə dərc edilir, Twitter-də 700-ə yaxın hesab açılır, 10.000-dən çox "tweet" reallaşır, "Google" 100.000 dollar qazanır, 1 dəqiqə ərzində "Facebook"un bazasına 350GB-dan çox informasiya ötürülür, "WhatsApp"da 750 hesab açılır və dəqiqə ərzində 130 milyon mesaj göndərilməsi qeydə alınır, "İnstagram"da 11 milyon bəyənmə, 60.000 şərh, 50.000-dən çox isə şəkil yüklənilir və s.

Hazırki dönəmdə TOP5-likdə bu saytlar qərarlaşıb:

1. "Facebook"
2. "Twitter"
3. "Linkedin"
4. "Pinterest"
5. "Google+"

Sonda sosial şəbəkə haqqında bir neçə cümlə deyim. Sosial şəbəkə - vahid şəbəkə üzərində birləşdirilmiş insanlar toplusudur. Günümüzdə asanlıqla istifadə etdiyimiz internetin yaranmasında bir növ rusların da əməyi var. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR