Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Quba-Xınalıq yolu qar uçqunu səbəbindən bağlanıb

Quba-Xınalıq yolu qar uçqunu səbəbindən bağlanıb

Fransada qar uçqunu nəticəsində 1 nəfər ölüb, 9 nəfər itkin düşüb (08 Mart 2017 13:52)
Qar uçqunu - 10-dan çox adam qar altında qaldı (07 Mart 2017 14:57)
Fransada qar uçqunu - 10-dan artıq adam qar altında qaldı (07 Mart 2017 14:53)

Tarix: 22 Dekabr 2015 14:58


Quba, 22 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 22-si səhər saatlarında baş verən qar uçqunu səbəbindən Quba-Xınalıq yolu bağlanıb. Bu səbəbdən həmin istiqamətdə 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov AZƏRTAC-a bildirib ki, qar uçqunu Quba-Xınalıq yolunun 36-37-ci kilometrliyində qeydə alınıb. Bu ərazidə uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 3-5 metrə çatır.
Bilal Sultanov qeyd edib ki, idarənin canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun qardan təmizlənməsinə işləri aparılır.
Quba-Xınalıq yolunun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.
 


Teqlər:  Quba-Xınalıq yolu qar uçqunu səbəbindən bağlanıb



RƏYLƏR


Top xəbərlər