Devalvasiya Formula 1-in büdcəsinə təsir etmir

Devalvasiya Formula 1-in büdcəsinə təsir etmir
15:36 22 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

"Manatın devalvasiyası Azərbaycanda 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının və 2016-cı ildə keçiriləcək Formula 1 yarışmasının büdcəsinə heç bir təsir göstərməyib".

Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, hər iki yarışmanın büdcəsi artıq təsdiq olunub. A.Rəhimov əlavə edib ki, hər iki yarışmanın idmançıları yarışlarda öz hesabına iştirak edəcəklər.

Onun sözlərinə görə, hər iki yarışın idmançıları yarışlarda öz ölkələrinin vəsaiti hesabına iştirak edəcəklər.

Nazir bir neçə gün öncə Azərbaycanda təşkil olunacaq Formula-1 Avropa Qran Prisinin yolları üçün büdcədən 12 milyon manat ayrıldığını deyib.

ANS PRESS-in məlumatına görə, bu barədə açıqlamanı qran priyə "son 6 ay” tədbirinə həsr olunmuş ilk mətbuat konfransında Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov deyib. Həmçinin bildirilib ki, Əməliyyat Komitəsi hələlik 5 milyon xərcləyib.


Bakıda keçiriləcək Formula 1 yarışlarına biletlərin qiymətləri

Həmçinin oxuyun:
Azərbaycan "Formula-1"ə nə qədər xərcləyəcək?
Bakının "Formula 1" hazırlığı başladı (FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR