Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı aktrisa polisə müraciət etdi

Azərbaycanlı aktrisa polisə müraciət etdi

Date: 22 December 2015 16:05

Aktrisa Fidan Axundovanın başına iş gəlib. 

Axşam.az-ın məlumatına görə, onun adından istifadə edib, saxta profil açan bir şəxsin yazdığı status qalmaqala səbəb olub. 

F.Axundova "Niyə yatmısınız? Niyə səsinizi ancaq Feysbuk-da çıxarırsınız? Niyə şəhərlərə, küçələrə axışıb etirazınızı bildirmirsiniz? Bunun bir yolu var: Ağsaqqalları, ağbirçəkləri qabağa verib, gəncləri də ayağa qaldırmaq. Yoxsa daha da pis vəziyyətə düşəcəyik. Ya ölüm, ya qalım, başqa yol yoxdur artıq" sözlərinin ona aid olmadığını bildirib. 

Aktrisa əməkdaşımızla söhbətində polisə şikayət etdiyini bildirib:

"O, mən deyiləm, mənim adımdan yazıblar. Dəfələrlə canlı efirdə demişəm, müsahibələrimdə də qeyd etmişəm ki, mən heç bir sosial şəbəkədə yoxam. 20 avqusta yerləşdiriblər ki, guya mənim yeganə Feysbuk səhifəm budur. Mənim heç bir Feysbuk səhifəm yoxdur. Hamı mənə zəng edir ki, "Bu nədi, sən belə insan deyilsən axı". Buna görə də mənim işimdə də narazıçılıq yaranıb. İndi hal-hazırda polisdəyəm, şikayət ərizəsi yazıram".

Milli.Az


Tags:  Azərbaycanlı aktrisa polisə müraciət etdi


RƏYLƏR


Top news