Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Görkəmli kinorejissor Həsən Seyidbəylinin anadan olmasından 95 il ötür

Görkəmli kinorejissor Həsən Seyidbəylinin anadan olmasından 95 il ötür

Date: 22 December 2015 16:13


Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də görkəmli kinorejissor, Xalq Artisti Həsən Seyidbəylinin anadan olmasından 95 il ötür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Dövlət Film Fondunun əməkdaşları Fəxri xiyabana gələrək sənətkarın xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.
Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev çıxış edərək H.Seyidbəylinin zəngin yaradıcılığından, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıb. Bildirilib ki, Azərbaycan mədəniyyətinə və kinosuna parlaq nümunələr bəxş etmiş kinorejissorun zəngin irsi gələcək nəsillər üçün örnəkdir. Daha sonra sənətkarın ekranlaşdırdığı və ona şöhrət gətirən filmlərdən bəhs olunub.
H.Seyidbəylinin ssenarisi əsasında ekranlaşdırılmış “Nəsimi”, “Sən niyə susursan?”, “Möcüzələr adası”, “Bizim Cəbiş müəllim”, “Telefonçu qız” filmləri qısa müddətdə müəllifinə böyük şöhrət qazandırıb.
Onun “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə dəfələrlə səhnəyə qoyulub. H.Seyidbəylinin çəkdiyi filmlər nüfuzlu kinofestivallarda müxtəlif mükafatlara layiq görülüb.


Tags:  Görkəmli kinorejissor Həsən Seyidbəylinin anadan olmasından 95 il ötür


RƏYLƏR


Top news