Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, dekabrın 31-də Bakı və Abşeron hava" style="line-height: 1.6em;">hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gün ərzində şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-7 dərəcə isti, günün birinci yarısında 7-9 dərəcə isti, günün ikinsi yarısında, axşama doğru 2-4 dərəcə isti olacaq.
Dekabrın 31-də Azərbaycanın rayonlarında hava">hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şiskin olacaq. Lakin axşam əsasən şimal və şərq rayonlarında hava">hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, əsasən Kür vadisi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək, bəzi yerlərdə 5 dərəcəyədək isti olacaq.