“Unibank” Beynəlxalq Maliyyə Korporasiyasından aldığı krediti tamamilə bağlayıb

17:13 22 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
“Unibank” Beynəlxalq Maliyyə Korporasiyasından (BMK) aldığı 10 milyon dollarlıq krediti vaxtı-vaxtında ödəyərək, bu günlərdə tamamilə bağlayıb.
“Unibank”dan AZƏRTAC-a bildirilib ki, bank Beynəlxalq Maliyyə Korporasiyasının etibarlı tərəfdaşıdır və gələcəkdə də bu beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığını davam etdirmək fikrindədir.
BMK tərəfindən 4,5 il müddətinə ayrılan 10 milyon dollarlıq kredit kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilib. Sahibkarlığın inkişafına dəstək hər zaman “Unibank”ın prioritetlərindən biri olaraq qalır. Bu bankın xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı” filialları və “Unibank biznes mərkəzi”nə müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az https://twitter.com/unibank ) əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Unibank_Beynelxalq_Maliyye_Korporasiyasindan_aldigi_krediti_tamamile_baglayib-913357

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR