Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Venesuela neftinin bir barreli 30 dollardan aşağı satılır

Venesuela neftinin bir barreli 30 dollardan aşağı satılır

Date: 22 December 2015 18:53


Bakı, 22 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Venesuela neftinin bir barrelinin qiyməti 30 dollardan aşağı düşüb.
AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, bu barədə Venesuelanın Energetika və Neft Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, ölkədə hasil edilən xam neftin bir barrelinin qiyməti aylıq 6 faiz dəyər itirərək 30 dollardan aşağı düşüb. 2014-cü ilin iyununda 115 dollar olan Venesuela neftinin bir barreli hazırda 29 dollara satılır.
İxrac gəlirlərinin 95 faizini, büdcə gəlirlərinin yarıya qədərini, milli gəlirinin isə 25 faizini neft gəlirləri ilə təmin edən Venesuelada hazırda böhran yaşanır. Venesuelanın paytaxtı Karakas dünyada inflyasiya nisbətinin ən yüksək olduğu şəhərdir.
Dekabrın 6-da keçirilən seçkilərdə 17 illik iqtidarını itirən Birləşmiş Sosialist Partiyasının lideri, Prezident Nikolas Maduro inflyasiyanın düşmə meylində olduğunu, işsizliyin azaldığını bildirir.
Beynəlxalq Valyuta Fondu (BVF) isə Venesuelada inflyasiya proqnozunu bu il üzrə 159 faiz, 2016-cı il üçün isə 200 faiz olaraq açıqlayıb.

Tags:  Venesuela neftinin barreli 30 dollardan aşağı satılır


RƏYLƏR


Top news