Bakı havasında xoşagəlməz iy

Bakı havasında xoşagəlməz iy
19:01 22 Dekabr 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün paytaxtın bəzi ərazilərində xoşagəlməz iy müşayiət olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, səhər saatlarında Səbail və Xətai rayonlarının dənizkənarı ərazilərinə xoşagəlməz iy qeydə alınıb:

"Biz hər gün monitorinq keçiririk, hava nümunəsi götürüb, analiz edirik. Bu gün də belə təcrübə həyata keçirmişik və qaz qarışıqlarımızda elə bir artım müşayiət olunmayıb. Bu, sadəcə əlverişsiz metereoloji şəraitlə bağlıdır. Həm temperaturun aşağı olması, həm istilik qüvvəsinin yüksək olması və küləklərin olmaması, bir müddət qaz qabarcıqlarının havadan asılı qalmasına səbəb olub ki, bu da xoşagəlməz iylə səciyyələnib. Xoşagəlməz iy ən çox kükürd iyinə bənzər olub", - deyə qurumdan bildirdilər.

Nazirlikdən onu da əlavə etdilər ki, xoşa gəlməz iy səhər radələrdə daha çox müşayiət olunsa da, günortaya doğru azalıb, axşam isə küləyin başlaması ilə əlaqədar tamamilə yox olacaq. Qurum nümayəndəsi qeyd etdi ki, xoşagəlməz iy insan sağlamlığına heç bir təhlükə törətməyib, sadəcə iyin pis olması bəzi insanlarda diskomfort hissi yaşadıb.


Bakının Səbail və Xətai rayonları



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR