Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Təhsildə metodik xidmətlə bağlı elmi-praktik konfrans keçirilib

Təhsildə metodik xidmətlə bağlı elmi-praktik konfrans keçirilib

AMEA-nın elmi katibi Zaur Əliyevin yeni kitabı işıq üzü görüb (13 Mart 2017 00:27)
Bakıda “Zaman və Teatr” mövzusunda elmi-praktiki konfrans keçirilib (10 Mart 2017 14:17)
ATU-da elm-sənaye əlaqələrinə həsr olunan elmi-praktik seminar keçirilib (27 Fevral 2017 13:08)

Tarix: 22 Dekabr 2015 19:18


Bakı, 22 dekabr, AZƏRTAC 
Təhsil Problemləri İnstitutu (TPİ) “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və təhsildə metodik xidmət” mövzusunda elmi-praktik konfrans keçirib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, təhsil işçilərinin, alim və mütəxəssislərin iştirak etdikləri konfransda TPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əhəmiyyətindən danışıb.
Direktor, eyni zamanda, mövzu ilə bağlı fikirlərini bölüşüb.
Sonra TPİ-nin şöbə müdiri Afaq Əliyevanın “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və təhsildə metodik xidmət” mövzusunda elektron təqdimat-məruzəsi dinlənilib.
Təhsilin inkişafı ilə bağlı geniş müzakirələr aparılıb.
Konfransda TPİ-nin “Təhsil Texnologiyaları Mərkəzi”-nin mətbəəsində nəşr olunmuş 20-yə qədər metodiki vəsait, müəllimlərin tədrisdə istifadə edə biləcəyi resurslar və digər elmi nəşrlər də nümayiş etdirilib.

Teqlər:  Təhsildə metodik xidmətlə bağlı elmi-praktik konfrans keçirilib



RƏYLƏR


Top xəbərlər