Bakıda “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisi açılıb

Bakıda “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisi açılıb
19:38 22 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Dekabrın 22-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Əməkdar İncəsənət Xadimi, tanınmış heykəltəraş rəssam Vaqif Nəzirovun “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutan sərgidə rəssamın 20-dək sənət əsəri nümayiş olunub.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağalı İbrahimov çıxış edərək rəssamın yaradıcılığını yüksək qiymətləndirib. Qeyd olunub ki, Vaqif Nəzirov yaradıcılığı həmişə novatorluğu ilə seçilib. Vurğulanıb ki, sərgiyə təqdim olunan əsərlərdə Azərbaycanın dahi şəxsiyyətlərinin portretləri və büstləri ilə yanaşı, vətənpərvərlik ruhu aşılayan sənət əsərləri yer alıb.
Həmçinin, nümayiş olunan sənət əsərlərində müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb.
Daha sonra Sumqayıt Tarix Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Olya İslamova və Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev çıxış edərək sərginin əhəmiyyətindən söz açıblar.
Rəssamın yaradıcılığının zənginliyindən bəhs edən natiqlər, onun sənət əsərlərinin dünyanın bir sıra muzeylərdə saxlanıldığını diqqətə çatdırıblar.
Çıxışlarda qeyd olunub ki, sərgidə yer alan və ümummilli lider Heydər Əliyevə ithaf olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” və “Sülh göyərçini” əsərləri görkəmli fırça ustasının şah əsərlərindəndir.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi beş gün davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Men_fexr_edirem_ki_azerbaycanliyam_adli_resm_sergisi_achilib-913438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR