İsmayıl Qəhrəman: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir

İsmayıl Qəhrəman: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir
19:38 22 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıqla yanaşı, dərin qardaşlıq əlaqələri mövcuddur. Ölkələrimizin dostluğu və qardaşlığı əbədidir.
Bu fikirləri Türkiyə Böyük Milli Məclisinin sədri İsmayıl Qəhrəman Türkiyənin Azərbaycandakı səfirliyində onun şərəfinə verilmiş ziyafətdə bildirib. Türkiyə parlamentinin sədri ölkələrimiz arasındakı əlaqələrin tarixi kökə malik olduğunu vurğulayıb. O, əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyini deyib.
Ziyafətdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, KİV təmsilçiləri, türkiyəli iş adamları iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ismayil_Qehreman_Azerbaycan_Turkiye_qardasligi_ebedidir-913436

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR