Prezident İlham Əliyev: "Biz bütün təşəbbüslərdə, beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyirik"

Prezident İlham Əliyev: "Biz bütün təşəbbüslərdə, beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyirik"
20:17 22 Dekabr 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ "Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri Əfqanıstana investisiya yatırmağa və əməkdaşlığımızın bu iqtisadi komponentini gücləndirməyə hazırdırlar".
"Report"un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qani ilə geniş tərkibdə keçirilən görüşdə bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanla Əfqanıstan dost ölkələrdir: "Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Çox şadıq ki, siz bizim ölkəmizə rəsmi səfər edirsiniz. Biz sizin ötənilki səfərinizi müzakirə etdik və xatırladıq. Lakin o, çox qısa səfər idi, bu isə rəsmi səfərdir. Bu, bizim əməkdaşlığımızın yaxşı əlamətidir. Biz ikitərəfli əməkdaşlığımızın müxtəlif aspektlərini qısaca olaraq müzakirə etdik. Biz artıq yaxşı imkanlar və yaxşı nailiyyətlər görürük. Bizim ölkələrimiz dost ölkələrdir. Bu dostluq tarixə və ölkələrimizin bugünkü birgə maraqlarına əsaslanır. Biz beynəlxalq təşkilatlarda çox fəal siyasi dialoq aparırıq, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında sıx əməkdaşlıq edirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı dəstəyə görə sizin ölkənizə çox minnətdarıq. Siz bizi BMT Baş Assambleyasındakı səsvermədə dəstəklədiniz. Siz bizi Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olanda dəstəklədiniz. Biz buna görə çox minnətdarıq. Eyni zamanda, biz də bütün təşəbbüslərdə, bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyirik. Biz belə mükəmməl siyasi əlaqələrə malik olaraq iqtisadi məsələlərə diqqəti cəmləşdirməliyik".
"Biz dövriyyəni artırmaq və investisiya layihələri paketi üçün çox yaxşı imkanların mövcud olduğunu müzakirə etdik. Bu gün biz həmçinin kommunikasiya ilə bağlı məsələləri, dəmir yolu əlaqələrini müzakirə etdik. Mən sizə məlumat verdim ki, biz İpək Yolunun çatışmayan hissəsini - Azərbaycan ilə Gürcüstan və Türkiyə arasında dəmir yolu əlaqəsini tamamlayırıq. Ümidvaram ki, biz gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını edəcəyik. Lakin biz artıq Çindən ilk konteyner qatarlarını Azərbaycanda və Azərbaycan ərazisindən keçməsi üçün qəbul etmişik. Biz artıq marşrutu sınaqdan keçiririk. Əlbəttə ki, biz nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsini istəyirik. Həmçinin enerji resursları sahəsində yaxşı imkanlar var. Beləliklə, biz bütün sahələrdə əməkdaşlığımızı genişləndirmək istəyirik. Müzakirə etdiyimiz kimi, Azərbaycan Qətiyyətli Dəstək Missiyasının üzvüdür və biz sizin ölkənizdə sülh və inkişafa töhfə verməyə çalışırıq. Mən sizi və hökumətinizi Əfqanıstanın dəyişikliklərlə əlaqədar əldə olunan nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm", - deyə Prezident İlham Əliyev vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İŞİD-in 96 üzvü əfv edildi - Gözlənilməz qərar - FOTOLAR

23 Avqust 2017 06:33

ABŞ-ın müdafiə naziri Ukraynaya gəlir

23 Avqust 2017 06:14

İspaniyada naməlum sürücü avtomobilini polis maşınına çırpıb

23 Avqust 2017 06:07

Bu ilin 6 ayında Azərbaycana gəlmiş ƏCNƏBİLƏRİN SAYI AÇIQLANDI

23 Avqust 2017 06:03

Təzə ana olan Beyons bədənini göstərdi

23 Avqust 2017 05:59

Maduro Papadan kömək istədi - ABŞ-ın hücumunun qarşısını almaq üçün

23 Avqust 2017 05:33

Sabiq baş nazir azadlığa buraxıldı

23 Avqust 2017 05:29

Bakıda üç qardaş salam vermədiklərinə görə bıçaqlanıb

23 Avqust 2017 05:17

Hamilə idmançıdan yeni FOTOLAR

23 Avqust 2017 05:03

Liviyanın oğurlanmış keçmiş baş naziri azad edilib

23 Avqust 2017 05:02

Netanyahu Putinlə İranı müzakirə edəcək

23 Avqust 2017 04:54

Paris son 10 ildə turistlərin sayına görə rekord vurub

23 Avqust 2017 04:33

"Astana" və "Başakşəhər" ÇL-in qapısını bərk çırpdı - GECƏNİN NƏTİCƏLƏRİ

23 Avqust 2017 04:07

Məşhur aparıcı parıltılı bikinisi ilə diqqət çəkdi - FOTOLAR

23 Avqust 2017 04:03

Bayram Kürdəxanılını maşın vurub öldürdü

23 Avqust 2017 03:29

İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb: xəsarət alanlar var

23 Avqust 2017 03:27

Putin Sarkisyanla danışıqlar aparacaq

23 Avqust 2017 03:14

Ruslara qarşı vuruşan partizanlar - Azərbaycanda kəndli üsyanları

23 Avqust 2017 03:03

ABŞ Rusiyada vizaların verilməsini dayandırır

23 Avqust 2017 02:44

Meyxana ustası Bayram Kürdəxanılını avtomobil vurub

23 Avqust 2017 02:42

Oksana Rəsulovadan “Yay qızı” layihəsi – FOTOLAR

23 Avqust 2017 02:33

“Nörmand dördlüyü”nün danışıqları oldu

23 Avqust 2017 02:09

“WhatsApp”da statuslar rəngli olacaq

23 Avqust 2017 02:03

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

23 Avqust 2017 01:45

Maduro Papadan ABŞ-ın hücumunun qarşısını almaq üçün kömək istəyib

23 Avqust 2017 01:42

Tillerson: "Rusiya "Taliban"ı silahlandırır"

23 Avqust 2017 01:34

Çempionlar Liqası: 5 oyunun nəticəsi bəlli oldu, gözlər sabah "Qarabağ" oyununda

23 Avqust 2017 01:33

Türkiyədə üzüm bağında 6 nəfəri ildırım vurub

23 Avqust 2017 01:18

Azərbaycan neftinin qiyməti 54 dollara çatır

23 Avqust 2017 01:03

Bu gün Füzulinin işğal olunduğu gündür

23 Avqust 2017 00:56

Çempionlar Liqası: Qrup mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum olub

23 Avqust 2017 00:47

Rusiya və Türkiyə xeyli kontraktlar razılaşdırdılar

23 Avqust 2017 00:39

Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür

23 Avqust 2017 00:33

İŞİD-in 96 üzvü əfv edildi -

23 Avqust 2017 00:30

Poroşenko Donbasda yeni atəşkəs rejimi təklif etmək niyyətindədir

23 Avqust 2017 00:18

Uşaq 2-ci mərtəbədən yıxıldı: xəstəxanalı oldu

23 Avqust 2017 00:09

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08

"Türyançay" qoruğu yangından mühafizə edildi

23 Avqust 2017 00:04

Bakıda nəhəng söküntü qərarı: paytaxtın 9 rayonunda köhnə binalar söküləcək

23 Avqust 2017 00:03

Ermənilərin Cəbrayıl və Füzuli rayonlarını işğal etməsindən 24 il ötür

23 Avqust 2017 00:02

Çində dünyada ilk onlayn-məhkəmə fəaliyyətə başlayıb

23 Avqust 2017 00:02

DÇ-2017: Elvin Mürsəliyev bürünc medal qazandı

22 Avqust 2017 23:48

Dənizdə batan şəxs xilas edilib -

22 Avqust 2017 23:43

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

22 Avqust 2017 23:33

Azərbaycan yanğınsöndürənlərinin digər qüvvələri Gürcüstanda meşə yanğınlarının söndürülməsi prosesinə qoşulacaqlar

22 Avqust 2017 23:32

Amerikalı hərbçilərin cəsədləri tapıldı -

22 Avqust 2017 23:30

Poroşenkodan Donbasa dair yeni təklif

22 Avqust 2017 23:19

Qurban Qurbanov: "Bu oyunda daha çox güc sərf etməliyik, şansımız var"

22 Avqust 2017 23:18

Azərbaycan güləşçisi dünya çempionatında medal qazanıb

22 Avqust 2017 23:17

“Kopenhagen”də olduqca güclüdü" - Miçel

22 Avqust 2017 23:07