Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yumurta və toyuq əti bahalaşacaq - VİDEO

Yumurta və toyuq əti bahalaşacaq - VİDEO

Date: 22 December 2015 21:05

Dolların bahalaşması bir çox məhsullar kimi, yumurta və quş ətinin  qiymətlərinin də qalxmasına səbəb olacaq. Bu açıqlama Quşçular Cəmiyyəti tərəfindən verilib. Marketlərdə isə yumurta tapmaq mümkün deyil.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki,  ötən gün ki, devalvasiyadan sonra marketdələrdə yumurta qıtlığı yaranıb, quş ətinin isə bahalaşacağı deyilir. Ancaq hələlik qiymətlər dəyişməyib.

Toyuqdan fərqli olaraq yumurta tapmaq müşkülə çevrilib.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, toyuq yeminin 80 %, yem əlavələrinin 100 %, baytarlıq məhsullarının 100 % , avadanlıqların 100 % -i xaricdən gətirilir. Buna görə də yumurta, quş əti və məhsullarının qiymətinin 30 % artacağı gözlənilir. Yaxın günlərdə məhsulların yeni qiymətlərə marketlərə  paylanılması nəzərdə tutulur.
Milli.Az


Tags:  Yumurta toyuq əti bahalaşacaq VİDEO


RƏYLƏR


Top news