ABŞ şirləri “Qırmızı kitab”a daxil edib

ABŞ şirləri “Qırmızı kitab”a daxil edib
21:38 22 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Birləşmiş Ştatlar Afrika və Hindistan şirlərini “Qırmızı kitab”a daxil edib və nəsli kəsilməkdə olan bu heyvanların ovlanmasını məhdudlaşdıran tədbirlər görüb. ABŞ-ın Balıq Ehtiyatlarının və Heyvanat Aləminin Mühafizəsi Xidməti elan edib ki, bu qərar vəhşi təbiətdə şirlərin populyasiyasının kəskin azalması ilə əlaqədar qəbul edilib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, xidmətin məlumatına görə, hazırda dünyada təqribən 20 min belə heyvan qalıb. Məlumatda deyilir: “Son 20 ildə şirlərin populyasiyası yaşayış məskəninin, yem bazasının itirilməsi və bu heyvanların insanlar tərəfindən məhv edilməsi səbəbindən 43 faiz azalıb”.
Xidmət xüsusi mühafizə olunan heyvanların siyahısına Hindistanda və Afrikada rast gəlinən şirlərin iki yarımnövünü daxil edib. Məlumatda vurğulanıb: “Onlardan biri - Hindistanda, habelə Qərbi və Mərkəzi Afrikada məskunlaşan “Panthera leo leo” nəsli kəsilməkdə olan, ikincisi - Şərqi və Cənubi Afrikada məskunlaşan “Panthera leo melanochaita” nəsli kəsilmək təhlükəsində olan şir sayılacaq”.
ABŞ hakimiyyət orqanları elan ediblər ki, şir dərilərinin qənimət kimi ABŞ-a gətirilməsinə ciddi məhdudiyyətlər tətbiq ediləcək. Ekoloqların fikrincə, bu kimi tədbirlər Afrika ölkələrində safariyə marağı azaltmalıdır. İndi şir dərilərini Birləşmiş Ştatlara yalnız xüsusi lisenziya vasitəsilə, habelə vəhşi təbiətin mühafizəsi sahəsində ciddi proqramlar həyata keçirən, brakonyerlərə qarşı sərt mübarizə aparan dövlətlərdən idxal etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_sirleri_Qirmizi_kitaba_daxil_edib-913485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR