İmam Həsən Əsgərinin fövqəladə işləri

İmam Həsən Əsgərinin fövqəladə işləri
21:42 22 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Abdullah ibni Muhəmməd İmam Həsən Əsgərinin (ə) səhabələrindəndir ki, nəql edir: "Bir gün o Həzrəti gördüm ki, səhrada dayanmışdır və canavarla söhbət edir. Çox təəccüb edib dedim: "Ya ibni Rəsulallah! Qardaşım Təbəristandadır və ondan xəbər ala bilmirəm. Bu canavardan soruşun ki, qardaşımın halı necədir?".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) buyurdu: "Nə zaman qardaşını müşahidə etmək istəsən Samirrada olan mənzilinin içindəki ağaca nəzər sal. Qardaşını görəcəksən".
Əbu Cəfər Təbəri nəql edir: "Bir gün İmam Həsən Əsgərinin (ə) evinə daxil oldum. Həzrətin (ə) həyətində bir bulaq gördüm ki, su yerinə ondan bal və süd tökülürdü. Mən və dostlarım həmin süddən və baldan içdik. Bir qədər də özümüzlə götürdük".
Əbu Cəfər nəql edir: "Bir gün Həzrət İmam Həsən Əsgərinin (ə) xidmətində idik. Səhrada yaşayan bir dəstə insan içəri daxil oldular. Suyun az olmasından və quraqlıqdan şikayət etdilər. İmam (ə) onlar üçün bir şey yazdı və yağış yağmağa başladı. Bir saat sönra gəlib dedilər: "Ya ibni Rəsulallah! Yağış şiddətli yağır və təhlükə hiss edirik". Həzrət (ə) torpağın üstünə bir əlamət çəkir və yağış kəsilir".
Əbu Cəfər yenə nəql edir: "Bir gün İmamın (ə) xidmətində əyləşmişdim. Həzrətdən (ə) xahiş etdim ki, mənim üçün bir möcuzə göstərsin. Sonra onu din qardaşlarım üçün nəql edim. İmam (ə) buyurdu: "Ola bilsin ki, taqətin olmasın və əqidəndən əl çəkəsən". Ona görə üç dəfə and içdim ki, sabitqədəm olacağam. Bu zaman başa düşdüm ki, Həzrət (ə) səccadəsinin altından yoxa çıxdı. Artıq onu görmədim və bu hadisədən bir qədər keçəndən sonra Həzrət (ə) gəldi. Əlində böyük bir balıq var idi və mənə buyurdu: "Bu balığı dənizin dərinliyindən gətirmişəm". Mən həmin balığı İmamdan (ə) aldım və onu aparıb dostlarımla bişirdik. Hamımız o balıqdan yedik və çox ləzzətli idi".
Həmçinin nəql edirlər ki, İmam (ə) bazarda və küçədə günəş altında yeriyən zaman kölgəsi olmazdı.
Bəli, imamət daşıyıcıları Allahın izni ilə insanlara möcüzələr göstərirdilər ki, bir çoxları bununla hidayət olurdular. O zaman təbliğat vasitələri çox məhdud idi və bu möcüzələr insanların haqqı tanıması, imaməti dərk etməsi üçün böyük əhəmiyyət kəsb edirdi.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR