Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Günəşli”də yanğın davam edir - VİDEO

“Günəşli”də yanğın davam edir - VİDEO

Date: 22 December 2015 21:52

"Günəşli" yatağında həm yanğının söndürülməsi, həm də itgin düşən neftçilərin axtarışları davam etdir.

"Günəşli" yatağının 10 saylı dərin dəniz özülündə yanğın davam edir. Hadisə rayonunda olan ANS-in "Marş" verilişinin əməkdaşları iki qaz quyusunun hələ də yandığının şahidi olublar.

Alovun söndürlməsinə FHN-nin gəmilər cəlb olunub. 10 saylı özülün əvvəlki görünüşündən əsər-əlamət qalmayıb.

"Günəşli" yatağında yanğın sonrası itkin düşən neftçilərin axtarışları davam edir.

Axtarışlar həm də Dövlət Sərhəd Xidmətinin gəmiləri vasitəsilə də həyata keçirilir. Hava şəraitindən asılı olmayaraq axtarışlar sutka ərzində aparılır.

Gəminin kapitanı Zaur Salamov deyir ki, gəmidə quraşdırılan xüsusi kamera vasitəsilə itkin düşənlərlə bağlı həfdəfləri daha tez aşkarlamaq olur.

İndiyədək sahil mühafizə xidmətinin gəmiləri hadisə, zamanı dənizdən neftçilərin xilasetmə jiletlərini, suya düşmüş qayığın hissələrini aşkarlayaraq ekspertizaya təhvil veriblər.
Milli.Az


Tags:  Günəşlidə yanğın davam edir VİDEO


RƏYLƏR


Top news