Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Düşmənin şərindən amanda saxlayar, suda batmaqdan qoruyar

Düşmənin şərindən amanda saxlayar, suda batmaqdan qoruyar

Date: 22 December 2015 22:47

"Fil" surəsi Quranın 105-ci surəsidir ki, Məkkədə nazil olmuşdur və beş ayəsi vardır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  bu surə Əbrəhənin Kəbə evini viran etmək üçün hücumundan bəhs edir və Allahın qüdrətini bir daha xatırladır. Bu hadisə tarixdə də qeydə alınmışdır və həmin ilə Ammul-fil adı verilmişdir. Tarixçilərin nəql etdiyinə görə, Həzrət Peyğəmbər (s) də elə həmin ildə dünyaya gəlmişdir. 
Yəməndə Əbrəhə adlı bir padşah mərmərdən büt düzəltdirir və əmr edir ki, insanlar onu ziyarət etsinlər. Bu ərəb filə minən ordusunu Məkkənin yaxınına gətirir ki, Kəbəni viran etsin və hamı onun bütünə sitayiş etsin.
Allah da dimdiklərində daş olan quşları onlara tərəf göndərir və bu daş yağması ilə Əbrəhənin ordusu dağ kimi yerə yıxılır və məhv olur. Həmin ili "Ammul-fil" adlandırdılar.
Bu surənin fəziləti haqqında İmam Sadiq (ə) buyurur: "Hər kim "Fil" surəsini vacib namazlarında oxuyarsa, Qiyamət günü aləmin bütün varlıqları şəhadət verəcəkdir ki, o, namazqılan olmuşdur. Qiyamət günü car çəkən car çəkəcəkdir ki, mənim bəndəm barəsində düz şəhadət verdiniz. Sizin şəhadətinizi qəbul etdim. Onu behiştə daxil edin və o, həmin kəslərdəndir ki, Allah onu və işlərini sevir".
Din alimlərinin nəzərinə görə "Fil" surəsini namazlarda mütləq "Qureyş" surəsi ilə bir yerdə oxumaq lazımdır və tək oxunarsa caiz olmaz.
"Fil" surəsinin bərəkətləri.
1. Düşmənin şərindən xilas olmaq. İmam Sadiq (ə) buyurur: "Fil surəsi düşmənlə üzləşən zaman oxunarsa nəticə verər".
2. Suda batmağa mane olar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bu surəni tilavət edərsə, Allah onu ömrünün sonuna qədər suda qərq olmaqdan və qiyafəsinin dəyişməsindən amanda saxlayar".
Milli.Az


Tags:  Düşmənin şərindən amanda saxlayar suda batmaqdan qoruyar


RƏYLƏR


Top news