Elnurə və Aygün İsgəndərova bacıları şəbəkə sənəti sahəsində ustalıqlarını təkmilləşdirirlər

Elnurə və Aygün İsgəndərova bacıları şəbəkə sənəti sahəsində ustalıqlarını təkmilləşdirirlər
23:23 22 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Muzey Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Xalq sənətkarlarının respublika interaktiv sərgisi” açılıb. Sərgidə belə ekspozisiyaların daimi iştirakçıları – Elnurə və Aygün İsgəndərova bacılarının əsərləri də təqdim olunub. Onlar Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində ənənəvi xalq tətbiqi sənəti nümunələrinin yaradılması ilə peşəkarcasına məşğul olurlar. Qızlar şəbəkə texnikasında zərif məmulatın - süfrə, salfet, yaylıq, şal və s. toxunmasında ixtisaslaşıblar.
Böyük bacı Elnurə AZƏRTAC-a eksklüziv müsahibəsində deyib: “Həyatımı yaradıcılıq olmadan təsəvvür edə bilmirəm. Uzun illərdir ki, şəbəkə hörməklə məşğulam. Daim işləyirəm, peşəkarlığımı artırmağa çalışıram. Kiçik bacım Aygünü də bu işə cəlb etmişəm. Bu gün o, rəngarəng dekorativ pannolar hazırlayir, müxtəlif janrları mənimsəyir. Sənətimizi uşaqlara öyrətməyə çalışırıq. Həm özümüzün, həm də yaradıcı dostlarımızın bu janrda işlədikləri nümunələrdən ibarət sərgi təşkil etmək istəyirik”.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elnure_ve_Aygun_Isgenderova_bacilari_sebeke_seneti_sahesinde_ustaliqlarini_tekmillesdirirler-913502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR