Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezidentin mühafizəçisinin tapançası oğurlandı (FOTO)

Prezidentin mühafizəçisinin tapançası oğurlandı (FOTO)

Date: 23 December 2015 02:26

ABŞ xüsusi xidmət orqanının əməkdaşı qarət olunub.

ANS PRESS-in məlumatına görə, hadisə Vaşinqtonda baş verib.

ABŞ dövlətinin birinci şəxslərinin mühafizəsini təmin edən məxfi xidmət işçisi maşınına girmiş oğrulardan zərər çəkib. CNN məlumatlarına əsasən, hücüma məruz qalan şəxs prezident Barak Obamanın mühafizə bölməsində çalışır. Onun tabel tapançası, nişan, radio stansiyası, qandallar və USB fleş-yığıcısı oğurlanıb.



Qeyd edilir ki, soyğunçuluq hadisəsi ABŞ-ın paytaxtında Məxfi xidmətin qərargahı yaxınlığında olub. İdarənin adI açiqlanmayan işçisi öz maşınından getdikdən sonra oğru maşının salonuna girib və zərər çəkmişin xidməti əşyaları olan paketi oğurlayıb.
CNN-ın məlumatına görə, Məxfi xidmət təşkilatın əməkdaşıyla baş vermiş hadisəni şərh etməkdən imtina edib.

Tags:  Prezidentin mühafizəçisinin tapançası oğurlandı FOTO


RƏYLƏR


Top news