Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Sabiha Gökçen” hava limanında partlayış: yaralılar var

“Sabiha Gökçen” hava limanında partlayış: yaralılar var

Date: 23 December 2015 07:16

Türkiyənin İstabnbul şəhərindəki “Sabiha Gökçen” beynəlxalq hava limanında bu gecə partlayış baş verib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, naməlum səbəbdən baş vermiş paqrtlayış nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Yerli vaxtla saat 02.15-də (Bakı vaxtıyla 04.15) meydana gələn hadisənin təyyarələrin parklandığı apronda baş verdiyi bildirilir.

Partlayış zamanı yaralananların hava limanının xadimələri 33 yaşlı Canan Çerlik Burgucu və 30 yaşlı Zəhra Yamaç olduğu bildirilib. Yaralılar “Marmara” universitetinin Pendik təlim və araşdırma xəstəxanasına çatdırılıblar. Xəstəxanadan Zəhra Yamacın vəziyyətinin ağır olduğu bildirilib.

Hava limanı polisi faktla bağlı araşdırmalara başlayıb. Hazırda reyd keçirən polis hava limanına daxil olan və çıxan bütün avtomobillərdə axtarış aparır.

Tags:  Sabiha Gökçen hava limanında partlayış yaralılar var


RƏYLƏR


Top news