Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Xaçmaz” ES-də 259,8 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub

Arif Rəhimzadə Tarif Şurasının qərarını tənqid etdi (17 Mart 2017 14:57)
Azərbaycanda neft hasilatı 7,3% azalıb (14 Mart 2017 12:05)
Azərbaycanda yanvar-fevral aylarında sənaye istehsalı azalıb (14 Mart 2017 11:27)

Tarix: 23 Dekabr 2015 07:53


Bakı, 23 dekabr, AZƏRTAC
“Xaçmaz” elektrik stansiyasında (ES) 2015-ci ildə də uğurlu nəticələr əldə edilib.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, stansiya üzrə noyabr ayında 20,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. Ötən 11 ayda isə burada istehsal edilən elektriuk enerjisinin miqdarı 259,8 milyon kilovat-saatdan artıq təşkil edib.
Avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit işləməsi, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.
Qeyd edək ki, ən müasir texnologiyaların tətbiq edildiyi generasiya mənbələrindən biri olan “Xaçmaz” ES-in respublikanın Şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu var. Ümumi gücü 87 meqavat olan stansiya 10 aqreqatdan ibarətdir.

Teqlər:  Xaçmaz ES-də 259 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub



RƏYLƏR


Top xəbərlər