Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının zülmət, qatil gecələri - FOTO

Bakının zülmət, qatil gecələri - FOTO

Date: 23 December 2015 07:57

Bu yaxınlarda Bakının Günəşli qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, qəza nəticəsində xəsarət alan ata və bala hadisə yerindəcə can veriblər. Ətrafda yaşayan sakinlərin verdiyi məlumata görə, ata və balanın faciəli ölümünün əsas səbəblərindən biri küçənin qaranlıq olması olub.

Yol qəzalalarının 10 aylıq statistikasına nəzər saldıqda piyadaların vurulması ilə nəticələnən qəzaların üstünlük təşkil etdiyini görərir. 2015-ci il yanvarın 1-dən noyabrın 2-dək Bakı şəhərində 665 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələrin 51 faizini piyada vurulmaları təşkil edir. Yolayrıcını keçmə qəzaları 9 faiz, sürət həddini aşma isə 41 faizini təşkil edir. Və bu qəzaların əksəriyyəti gecə vaxtı küçələrin normal işıqlandırılmaması üzündən baş verib.

Bu cür hallar Bakının işıqsız qalan ucqar küçələrində daha çox baş verir. Məsələ bundadır ki, Bakının mərkəzi yolları və binaları işıqlandırılsa da, kənar yollarda işıqlandırma problemi qalmaqdadır. Ölkənin maliyyə çatışmazlığı üzündən təkrar devalvasiyalara getdiyi bir vaxtda yolların əvəzinə mərkəzdə yerləşən binaların fasadlarına işıq verilməsini anlamaq olmur. Halbuki, Bakının qaranlıq küçələrində işıq dirəklərinin olmasına baxmyaraq, onlara enerji verilmir.

Bəzi yollarda, ümumiyyətlə, işıq dirəkləri yoxdur. Bəzi istiqamətlərdə isə işıq dirəkləri baxımsız və istismara yararsız vəziyyətdədir. Sınıq elektrik lampaları aidiyyatı orqanların bu məsələyə biganə yanaşmasını ortaya çıxarır. Məsələyə cabadeh orqan Bakı Şəhəri İcra Hakimiyyəti də ANS PRESS-in dəfələrlə etdiyi müraciəti cavabsız qoyub.

Ekspert Azər Allahverənov Bakının bəzi qaranlıq küçələrində nəqliyyat vasitələrinin hərəkəti intensiv olmasını və buna görə də həmin küçədən hərəkət edən insanların daima təhlükə altında olduğunu vurğulayır: "Əslində, küçələrdə işıqlandırmanın olmaması və ya çox zəif olması, həmçinin piyada zolaqlarının olmaması bir növ piyadalara sərbəstlik yaradır. Onlar da istədikləri yerdən istədikləri vaxta yolu keçməyə cəhd edirlər. Bu da qəzalara yol açır",- deyə Azər Allahverənov bildirib.

Əslində, dünyanın heç bir ölkəsində binaların fasadı işıqlandırılmır. Bakı şəhər rəhbərliyi israfçılıqla xərclənən bu enerjini qaranlıq küçələrə yönəltməlidir. Həmçinin küçə işıqlarında 10 dəfə enerji qənaətinə imkan verən LED lampalardan, günəş batareyalarından geniş istifadə edilməlidir.

Milli.Az








Tags:  Bakının zülmət qatil gecələri FOTO


RƏYLƏR


Top news