Malidə 10 terrorçu məhv olundu

Malidə 10 terrorçu məhv olundu
08:57 23 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Fransa Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsi  Malinin paytaxtında "Radisson Blu" otelinə hücuma görə məsuliyyəti öz üzərinə götürmüş  "Əl Murabitun" terror qruplaşmasının 10 silahlısını  zərərsizləşdirib.
Milli.Az APA-ya istinadən bildirir ki, Fransa Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş Menaka şəhərində dekabrın 19-dan 20-nə keçən gecə baş verib.  
 
Döyüş 4 saatadək davam edib, terrorçulara məxsus iki pikap tipli avtomobil, 10 motosiklet, çoxlu sayda silah-sursat götürülüb. Zərərsizləşdirilmiş terrorçuların öldürüldüyü və ya sağ ələ keçirildiyi barədə dəqiq məlumat verilmir.   
 
Bundan əvvəl "Əl Qaidə" terror təşkilatı otelə hücumda bir neçə qruplaşmanın iştirak etdiyini bildirib.  
 
Xatırladaq ki, Mali paytaxtında otelə hücum noyabrın 20-də törədilib. Terrorçular 170 nəfəri girov götürüb, 6 rusiyalı vətəndaşı qətlə yetiriblər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR