Xalq artisti İlhamə Quliyevanın xəstəxanadan çıxdıqdan sonra ilk fotoları yayılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənninin fotolarını aparıcı İlahə Nazimqızı sosial şəbəkədə paylaşıb.
O, fotolara "Gözəl ürəyə malik olan insan, sevilən sənətkarımız İlhamə xanımın evində. Unudulmaz sənətkarımız Tükəzban xanımın (xalq artisti Tükəzban İsmayılova - red.) anım günü. Çox şükür, İlhamə xanımın səhhəti artıq əvvəlkindən də yaxşıdır" şərhini yazıb.
Milli.Az