Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Respublikanın bəzi rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq

Respublikanın bəzi rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq

Date: 23 December 2015 10:43


Bakı, 23 dekabr, AZƏRTAC 
Dekabrın 23-də saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Albalı” və “Maştağa”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Quba”, “Şabran-Taxtalar” və “Xaçmaz”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Xaldan” və Astara magistral qaz kəmərləri sahəsinin “Şahağacı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Ağdaş rayonunun Qəribli, Yevlax rayonunun Gülövşə, Qaraoğlan, Xaldan və Quşçu, Astara rayonunun Şahağaçı, Kakolos, Təngəvüd, Maşxan, Pensər və Siyəkaran kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan işlərin Bakının Xəzər rayonunun Albalı, həmçinin Sabunçu rayonunun Maştağa və Nardaran qəsəbələrinin, eyni zamanda, Quba, Şabran, Xaçmaz, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
 

Tags:  Respublikanın bəzi rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq


RƏYLƏR


Top news