“Google” məlumat mübadiləsi üçün yeni proqram hazırlayır

“Google” məlumat mübadiləsi üçün yeni proqram hazırlayır
12:23 23 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
“The Wall Street Journal” nəşri yazır ki, ABŞ-ın “Google” korporasiyası məlumat mübadiləsi üçün yeni proqram hazırlayır.
AZƏRTAC “tass.ru” saytına istinadən xəbər verir ki, internet korporasiyasının planına görə, yeni tətbiqdə sual vermək və internetdə tapılmış informasiya əsasında sualı cavablandırmaq üçün xüsusi funksiya olacaq. Bununla belə, proqramın əsas təyinatı mətn mesajlarının göndərilməsi və qəbulu olacaq. “Google”un yeni xidmətini təqdim edəcəyi tarix məlum deyil.
Qeyd edək ki, dünyada təqribən 2 milyard insan mətn mesajlarının göndərilməsi proqramlarından istifadə edir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Google_melumat_mubadilesi_uchun_yeni_proqram_hazirlayir-913581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR