Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yaponiya hökuməti yeni Olimpiya stadionunun son layihəsini təsdiqləyib

Yaponiya hökuməti yeni Olimpiya stadionunun son layihəsini təsdiqləyib

Date: 23 December 2015 12:28


Tokio, 23 dekabr, AZƏRTAC. 
Yaponiya hökuməti 2020-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarını qəbul edəcək Tokio Olimpiya Stadionunun son layihəsini təsdiq edib. JİJİ PRESS agentliyinin yaydığı xəbərə əsasən, bu barədə Baş nazir Şinzo Abe dekabrın 22-də keçirdiyi mətbuat konfransında məlumat verib.
Tikinti işləri “Taisei Corp.” şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçiriləcək. İdman arenasının tanınmış arxitektor Zaha Hadid tərəfindən hazırlanmış ilk variantı həddindən artıq baha başa gəldiyinə görə, bir çoxları onun əleyhinə çıxıblar. Nəticədə konstruksiyanın sadələşdirilməsi, oturacaqların sayının azaldılması barədə qərar qəbul olunub. Layihənin son variantını yapon arxitektor Kenqo Kuma hazırlayacaq. Bu layihə ümumi xərclərin 2,1 milyard dollardan 1,2 milyard dollara endirilməsini nəzərdə tutur.
Tokio Olimpiya və Paralimpiya Oyunları üzrə nazir Toşiaki Endo bildirib ki, stadionun tikintisi ilə bağlı xərclərin dörddə birini paytaxt meriyası öz üzərinə götürəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Tags:  Yaponiya hökuməti yeni Olimpiya stadionunun son layihəsini təsdiqləyib


RƏYLƏR


Top news