Uşaq və yeniyetmələr arasında dərəcə imtahanları keçirilib

Uşaq və yeniyetmələr arasında dərəcə imtahanları keçirilib
12:43 23 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
“Sağlam həyat” cəmiyyətinin təşəbbüsü, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi və onun nəzdində fəaliyyət göstərən “Anacan.az” ailə portalının təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında milli rəqs, rəsm, gimnastika, şahmat, basketbol və universal döyüş üzrə silsilə dərəcə imtahanları keçirilib. İmtahanlar zamanı 235 uşaq müvafiq sahələr üzrə öz istedad və bacarıqlarını nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, dekabrın 22-də keçirilən yekun tədbirində “Sağlam həyat” cəmiyyətin direktoru Samir Hüseynov bu kimi tədbirlərin əhəmiyyətindən söhbət açıb.
“Anacan. az” saytının rəhbəri Fərhad Abdulov uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsini, onların fiziki və mənəvi cəhətdən sağlam vətəndaş kimi formalaşmasını təmin etmək üçün valideynləri də bu işə cəlb etməyin vacib olduğunu bildirib.
Sonda fərqlənən uşaqlar və onların müəllimləri diplom və medallarla təltif olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usaq_ve_yeniyetmeler_arasinda_derece_imtahanlari_kechirilib-913588

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR