Nazirlikdən müğənnilərə daha bir zərbə!

Nazirlikdən müğənnilərə daha bir zərbə!
14:12 23 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyinin rəsmi qəzeti şou-biznesə aid fəaliyyətlərlə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi barədə silsilə yazılarını davam etdirir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Vergilər" qəzeti bu dəfə müğənnilərin sahibkarlıq fəaliyyəti zamanı çəkdikləri qrim və geyim xərclərinə toxunub:

İlk baxışda qrim və geyim xərcləri insanın şəxsi istehlakı kimi qəbul edilə bilər. Lakin  müğənnilik fəaliyyətində bilavasitə belə xərclərin çəkilməsi zərurəti yaranır. Bu baxımdan, sahibkarlıq istiqamətində müğənnilik fəaliyyəti həyata keçirən fiziki şəxs bu fəaliyyətinin məqsədləri üçün çəkdiyi qrim və geyim xərclərini vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edə bilər. Müğənni konsert salonlarında, restoranlarda və digər əyləncə obyektlərində ifaçılığını nümayiş etdirərkən əvvəlcədən xüsusi geyimlər əldə edə və qrimlənə bilər. Hətta ifa zamanı geyimlərini və qrimini bir və ya bir-neçə dəfə dəyişdirə (yeniləyə) bilər. Belə hallar müğənnilik fəaliyyətinin xüsusiyyətlərinə uyğundur. Lakin konkret müğənnilik fəaliyyətinin həyata keçirilməsi məqsədindən kənar qrim və geyim xərclərinin vergitutmada gəlirdən çıxılan xərclərə aid edilməsi düzgün deyildir. 

Müğənninin geyim ləvazimatlarına paltarlar, ayaqqabı və aksesuarları (bəzək əşyalarını) aid etmək olar. İfaçılıq zamanı müğənninin istifadə etdiyi bu əşyaların xərclərə aid edilməsi məsələsi ifaçılıq (müğənnilik) xidmətlərinin göstərilməsi ilə əlaqədar bağlanılan müqavilələrdən asılı ola bilər. 

Adətən, müğənni özünün bu əşyalarla təminatını konserti və ya hər hansı şou təqdimatı təşkil edən təşkilatçının (prodüserin və ya hər hansı digər şou proqramları həyata keçirənlərin) üzərinə qoyur. Bu halda, müğənninin ifa zamanı istifadə etdiyi qrim və geyim xərcləri onun xərcləri hesab edilə bilməz və bu xərclər müğənni ilə prodüser (təşkilatçı) arasında bağlanılan müvafiq xidmət müqaviləsinə uyğun olaraq prodüserin (təşkilatçının) xərcləri kimi hesab ediləcəkdir. Əgər qrim və geyimlə təminat müğənninin öz üzərinə qoyulmuşdursa, belə xərcləri müğənni sahibkarlıq fəaliyyəti istiqamətində öz xərcləri kimi tanıya bilər. 

Müğənnilik fəaliyyətində istifadə etmək məqsədilə geyimlərin əldə edilməsinə və qrimlənməsinə çəkilən xərclərin sənədləşdirilməsinə müğənni özü maraqlı olmalıdır. Geyim ləvazimatlarını ticarət obyektlərindən alan müğənni həmin obyektlərdən malların alışını təsdiq edən NKA çeki və ya kassa mədaxil orderi (yaxud mədaxil-qəbzi) və qaimə-faktura tələb etməlidir. Geyim əşyaları xüsusi peşəkar dərzilər və digər sənətkarlar tərəfindən hazırlandığı halda, həmin şəxslərdən mədaxil qəbzi və ya digər ciddi-hesabat blanklarının tərtib olunmasını tələb edə bilər. Müğənni geyim ləvazimatlarını kirayəyə də götürə bilər. Belə halda, o, həmin ləvazimatları kirayə formasında əldə etdiyi obyektdən NKA çeki və ya mədaxil qəbzi, həmçinin hesab-faktura tələb edə bilər. Qrim üzrə xərcləri təsdiq edən sənəd kimi qrim ustasından (qrim xidmətləri üzrə fəaliyyəti həyata keçirən şəxsdən, qrimçidən və ya qadın salonlarından) mədaxil qəbzi və ya belə xidmətlərin göstərilməsini əhatə edən xidmət müqaviləsinin bağlanması və xidmətlərin təhvil-təslim aktının imzalarla təsdiq olunmasını tələb edə bilər. Müğənni yalnız sənəd əsasında təsdiq edilmiş alışını çəkilən xərcləri kimi sübut edə bilər. Diqqət yetirilməli bir məqam vardır: müğənniyə xidmət göstərən qrimçi fiziki şəxs olduqda, həmin fiziki şəxslə mülki-hüquqi müqavilə bağlanması üçün VÖEN-in və şəxsiyyət vəsiqəsinin surətinin alınması tövsiyə olunur. 

VÖEN-i olan fiziki şəxslərlə müvafiq (qrim) xidmətlərin göstərilməsinə dair müqavilələrin bağlanması hüquqi baxımdan tam düzgün hesab edilir. Lakin VÖEN təqdim etməyən və ya vergi orqanlarında sahibkarlıq fəaliyyətinin göstərilməsi üçün uçota alınmayan qrimçi fiziki şəxs mülki-hüquqi müqavilə bağlamaqla müğənniyə xidmət göstərərsə, o, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi məsuliyyət daşıyır və bu halda, müğənni müqavilə bağladığı (xidmətlərindən istifadə etdiyi) həmin şəxslər barədə, Vergi Məcəlləsinin 73-cü maddəsinin tələbinə uyğun olaraq, vergi orqanına məlumat verməli və belə şəxslərə ödəmələr aparması və ödəmə mənbəyində vergi tutması barədə ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi təqdim etməlidir.

QEYD: Yuxarıda sadalanan və ya hər hansı digər geyim və qrim xərcləri o halda vergi məqsədli xərc hesab edilə bilər ki, həmin xərclər müğənninin bilavasitə sahibkarlıq fəaliyyətinə aid olan gəlirlərinin əldə edilməsi ilə bağlı olsun.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42

G7 sammiti başa çatdı

28 May 2017 00:38

Ən çox milyarderi olan ölkələr

28 May 2017 00:16

Astroloji proqnoz - 28 may

28 May 2017 00:13

Azərbaycan Xalq Cümhuriyyəti 98 yaşında

28 May 2017 00:07

“NATO PA-da növbəti dəfə erməni yalanının şahidi olduq” - Siyavuş Novruzov

28 May 2017 00:05

İtalyan model Silviya - FOTO

28 May 2017 00:05

Günün qoroskopu: ünsiyyət üçün əla gündür

28 May 2017 00:05

Böyük məbləğə satılan 15 qəribə rəsm əsəri - FOTO

28 May 2017 00:05

Oruc tutan şəxslər idmanla məşğul ola bilər?

27 May 2017 23:57

Alimlər keçəlliyin səbəbini tapdılar

27 May 2017 23:57

Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

27 May 2017 23:57

Keçmiş senator həyatını itirdi

27 May 2017 23:54

İftarda ərik suyu için

27 May 2017 23:52

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 23:47

“Həzrət Davudun (ə) orucu” nə deməkdir?

27 May 2017 23:47

Kamran Ağayev "Amkar" klubuna keçə bilər

27 May 2017 23:43

Oruc tutanlar bu xəbəri mütləq oxuyun! - həkim məsləhəti

27 May 2017 23:42

Moruqla müalicə olunmaq üçün 5 resept

27 May 2017 23:37

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi olub

27 May 2017 23:37

Serial ulduzu kurortda istirahət edir - FOTO

27 May 2017 23:32

Yeniyetmə avarçəkənimiz Avropa çempionatında finala çıxdı

27 May 2017 23:32

Bülənt Ərsoyu kobranın sancdığı görüntülər ortaya çıxdı

27 May 2017 23:30

Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı - VİDEO

27 May 2017 23:27

Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz

27 May 2017 23:27

Ramazan ayında niyə xurma yeyilir?

27 May 2017 23:22

“Arsenal” mövsümü kubokla bitirdi

27 May 2017 23:17

Orucu neçə yaşından tutmaq vacibdir?

27 May 2017 23:17

Bıçağınız kütdür?

27 May 2017 23:13

Özlərini dəyişən adamların şousu başlanır - FOTO

27 May 2017 23:12

Ərəb biznesmen Trampın evli qızına elçi düşdü

27 May 2017 23:12

Qaxda 9-cu sinif şagirdini maşın vurdu

27 May 2017 23:12

“Qarabağ”dan tarixi ilk

27 May 2017 23:12

İsti Ramazan ayında susuzluq ilə necə mübarizə aparmalı?

27 May 2017 23:12

“Yuventus”dan səfər qələbəsi - YENİLƏNİR

27 May 2017 23:12

Qəfil gələn ƏCƏL ZƏNGİ - Qusarda bədbəxt hadisə

27 May 2017 23:08

Azərbaycanın Respublika Günü Macarıstanda qeyd olunub

27 May 2017 23:05

Həşəratlardan qurtulmaq üçün ev üsulları

27 May 2017 22:57

"Arsenal" mövsümü kubokla başa vurdu

27 May 2017 22:57

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Aviasiya Akademiyası və ADA Universitetinin Respublika Günü münasibətilə birgə tədbirində iştirak edib (FOTO)

27 May 2017 22:55

Türkiyədə zəlzələ

27 May 2017 22:53

Adınızın baş hərfi sizinlə bağlı hansı sirləri gizlədir... - YOXLAYIN

27 May 2017 22:52

Ramazan ayında qida rasionunda nələrə diqqət edilməlidir?

27 May 2017 22:52

Yaşıl çayın faydaları və zərərləri

27 May 2017 22:51

Oruc tutan adamın günün çox hissəsini yatması düzgündürmü?

27 May 2017 22:47