Rusiyada neft sahəsinə yeni vergi tətbiq oluna bilər

Rusiyada neft sahəsinə yeni vergi tətbiq oluna bilər
14:38 23 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Rusiya Federasiyasının Maliyyə Nazirliyi əlavə gəlirlərə vergi tətbiq olunması haqqında qanun layihəsini ictimai müzakirəyə təqdim edib.
AZƏRTAC Vergilər az. saytına istinadla xəbər verir ki, Maliyyə Nazirliyi 70 faizlik vergi dərəcəsinin tətbiqini təklif edir. Vergi bazası xammalın hasilatından əldə olunmuş gəlirdən kapital və faktiki əməliyyat xərcləri, nəqliyyat xərcləri, ixracat rüsumu və faydalı qazıntıların hasilatına vergini çıxmaqla müəyyən ediləcək.
Sənəddə qeyd olunub ki, vergi şirkətin bütün xərcləri ödənildikdən və pul axınları üzrə 6 faiz gəlir əldə edildikdən sonra alınmağa başlanacaq. Maliyyə Nazirliyinin fikrincə, vergi həm köhnə, həm də yeni yataqlar üçün tətbiq olunmalıdır.
Xərclərə isə bəzi məhdudiyyətlər nəzərdə tutulur. Xərclər gələcək dövrün bazasına keçirilə və inflyasiya həcmində indeksləşdirilə bilər. Maliyyə Nazirliyi yeni vergi ilə yanaşı, faydalı qazıntılar hasilatına verginin, ixracat rüsumunun və mənfəət vergisinin də saxlanmasını təklif edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyada_neft_sahesine_yeni_vergi_tetbiq_oluna_biler-913636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR