"Parlaq Zəka" lı Mirəziz Əzizli Böyük Britaniyada təhsili haqqında danışdı - FOTO

"Parlaq Zəka" lı Mirəziz Əzizli Böyük Britaniyada təhsili haqqında danışdı - FOTO
15:32 23 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Trend "Parlaq Zəka" intellekt şousunun 1-ci mövsümünün 2-cisi olmuş (30 000 AZN təhsil haqqı) Mirəziz Əzizli ilə müsahibəni təqdim edir. M.Əzizli hal-hazırda təhsilini Böyük Britaniyada davam etdirir.

- Necə hissdir xaricdə təhsil almaq?

- Xaricdə, xüsusən də Birləşmiş Krallıqda təhsil almaq hər bir gəncin istəyidir. Məndə istisna deyiləm. Bu səbəbdən özümü istəyimə çatmış kimi hiss edirəm. Xüsusən də "Parlaq Zəka"nın qaliblərindən biri kimi burada təhsil almağım məni daha da qürurlandırır.

- Nəyə görə məhz İngiltərə?

- İngiltərə mənim uşaqlıq arzularımın ölkəsidir. Eləcə də, əsrlər boyu İngiltərə təhsil sistemi dünyada lider olub. Bu gün də bu belədir. Düşünürəm ki, burada olduğum dövrdə bunun üstünlüklərindən faydalanmalıyam.

- Dərslər çətin deyil?

- Əminliklə deyə bilərəm ki, asan deyil. Nəzərə alsaq ki, magistr pilləsində təhsil alırıq, bizdən daha dərin və analitik düşüncə tələb olunur. Və bu qabiliyyətimizi kurs işlərində və imtahanlarda göstərməliyik.

- Verilişin ən istiqanlı iştirakçılarından biri idin, orada da özünə tez bir zamanda dostlar tapa bildinmi?

- "Parlaq Zəka"nın ab-havası insanı istiqanlı olmağa sövq edir. Öz istiqanlılığımı Norviçdə də məharətlə istifadə edirəm və tanışlarım gündən-günə artır.

- Verilişlərimizi izləyə bilirsənmi?

- Əlbəttə ki, izləyirəm. "Parlaq Zəka" artıq mənim həyatımın bir parçasıdır, baxmayaraq ki, İngiltərədəyəm.

- 3-cü mövsümdəki oyunçulardan kimi favorit görürsən?

- Ötən mövsümlərdə olduğu kimi, cari mövsümdə də favorit hesab olunacaq zəkaların sayı az deyil. Lakin hesab edirəm ki, hər bir zəkanın qalib olmaq şansı var.

- Finala düşmək üçün hansı keyfiyyətlər lazımdır?

- Qısaca desək, geniş dünyagörüşü, məntiqi düşüncə və qalib olmaq istəyi.

- Gələcək Zəkalara nə məsləhət görərdin?

- Bacardıqları qədər hər bir sahə ilə maraqlansınlar. Parlaq Zəkadakı öz təcrübəmdən deyə bilərəm ki, çətin vəziyyətlərdə sənin digər elmlərdən olan biliklərin həmişə köməyinə çatır. Sonda, indiki və gələcək zəkalara və başda Aydın müəllim (red. Aydın Piriyev - "Parlaq Zəka" layihəsinin rəhbəri və verilişin aparıcısı) olmaqla layihədə əməyi olan hər kəsə uğurlar arzu edirəm.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam etdirən I, II, III kurs tələbələri müraciət edə bilər.

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az-dır.














Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR