“DəmirBank” kredit ödənişlərinin məzənnə itkilərini öz üzərinə götürüb

“DəmirBank” kredit ödənişlərinin məzənnə itkilərini öz üzərinə götürüb
15:33 23 Dekabr 2015
140 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
“DəmirBank” ödəniş vasitəsindən asılı olmayaraq müştərilərin dekabrın 19-u və 20–də dollarla kredit ödənişlərinin məzənnə itkilərini öz üzərinə götürüb.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, belə ki, dekabrın 19-da və 20-də aparılan ödənişlər dolların köhnə məzənnəsi ilə hesablanacaq.
Həmçinin, “DəmirBank” məzənnənin dəyişməsi nəticəsində kart sahiblərinin məruz qala biləcəyi itkilərin qarşılanması məqsədilə, dəyişiklik elan olunanadək xarici valyutada əməliyyat həyata keçirmiş müştəri hesablarından məbləğ silinərkən devalvasiyadan əvvəlki məzənnənin əsas götürülməsinə qərar verib. Güzəştlər həm kredit, həm də debit kartlarına şamil olunur.
Ətraflı məlumatı bankın məlumat mərkəzindən: (012) 149 http://www.demirbank.az/?/az/ saytından və bankın www.facebook.com/demirbank.az səhifəsindən əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/DemirBank_kredit_odenislerinin_mezenne_itkilerini_oz_uzerine_goturub-913653

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR