Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Tarı oxumaqdan daha şərəfli hesab edirəm"

"Tarı oxumaqdan daha şərəfli hesab edirəm"

Date: 23 December 2015 15:57

Tarzən Humay Qədimova mahnı oxuması ilə bağlı yaranan söz-söhbətə son qoyub. 

Axşam.az-ın məlumatına görə, sənətçi "5/5" verilişində məsələ ilə bağlı bunları deyib:

"Çox adam elə bilir tarı atmışam. Əsla elə deyil. 10 ildir tar üzrə pedaqoq fəaliyyəti ilə məşğul olan, tələbələrinin uğurunu görən biriyəm. Tarı necə ata bilərəm? Bunların üstündən xətt çəkə bilmərəm. Müğənni dostlarım inciməsinlər, tarı daha şərəfli hesab edirəm.

İnsan uzaq bir yerə qonaq gedəndə, bir-iki gün sonra ev üçün darıxır. Mən isə tarım üçün darıxıram. Yəni müğənnilik bir həvəsdir, tara isə peşəkar səviyyədə yanaşıram. Tarı birdəfəlik atıb, müğənniliyə keçməyim kimi xəbərlərə inanmayın".

Milli.Az


Tags:  Tarı oxumaqdan şərəfli hesab edirəm


RƏYLƏR


Top news