​Təhsil Nazirliyi: Orta məktəb məzunları arasında “2” qiymət alanların sayı azalıb

16:52 23 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Məlumata görə, 2012-ci il illə müqayisədə 2015-ci ildə IX sinif məzunları arasında “2” alan şagirdlər üzrə göstərici 14% azalıb: “Bu, ümumi təhsil səviyyəsi üzrə təhsilin keyfiyyətində müsbət dəyişikliklərin olmasını deməyə əsas verir”.
Eyni zamanda, 2015-2016-cı tədris ili üzrə ümumi təhsil məktəblərinin 15 nəfər məzunu ali məktəblərə qəbul imtahanlarında maksimum - 700 bal toplayıb: “Müasir peşə standartları əsasında təlimlərdən keçmiş 357 nəfər ümumi təhsil məktəblərinə direktor təyin olunub. 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlərin 131 nəfəri qızıl, 21 nəfəri gümüş medala layiq görülüb”.
Bundan başqa, 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin 10-11-ci siniflərində tədris təmayüllər üzrə təşkil olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/tehsil-nazirliyi-orta-mekteb-mezunlari-arasinda-2-qiymet-alanlarin-sayi-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR