Rusiya arxivlərində II Dünya müharibəsinin azərbaycanlı iştirakçıları ilə bağlı sənədlər axtarılır

16:53 23 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC 
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində elmi ezamiyyətdə olan Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov tərəfindən Rusiyanın mərkəzi muzey və arxivlərində ölkəmizin tarixi ilə bağlı araşdırmalar aparılır.
Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, alimə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin əməkdaşları tərəfindən müəyyən sənədlərin surəti təqdim edilib. Sənədlər bir azərbaycanlı əsgərin döyüş yolu, döyüşlərdə aldığı yaralar, təltif olunduğu orden və medallar barədə ətraflı məlumat verir.
II Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycanın rolunun öyrənilməsi baxımından Milli Azərbaycan Tarixi Muzeyi ilə Rusiyanın dövlət muzey və arxivləri arasında əlaqələr genişlənir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_arxivlerinde_II_Dunya_muharibesinin_azerbaycanli_istirakchilari_ile_bagli_senedler_axtarilir-913689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR