İqtisad Universiteti tələbələrinin İKT bilikləri sınağa çəkilib

İqtisad Universiteti tələbələrinin İKT bilikləri sınağa çəkilib
18:53 23 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “SABAH” Qrupları ilə Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri arasında “İstedad Keyfiyyətin Təməlidir” adlı müsabiqə keçirilib. Tələbə Gənclər Təşkilatının keçirdiyi tədbirin məqsədi tələbələrin İKT sahəsinə marağını artırmaqdır.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin şərtlərinə əsasən hər biri dörd tələbədən ibarət olan komandalar iqtisadi mövzuları əks etdirən sayt yaratmalı idilər. Bunun üçün komandalara iki həftə vaxt verilmişdi. Saytı yaradarkən onun sosial mühitin tələblərinə uyğunluğu, keyfiyyəti və mövzu ilə bağlı bazarın düzgün araşdırılması əsas götürülüb.
Müsabiqənin final mərhələsinə altı komanda vəsiqə qazanıb. Final mərhələsində “SABAH” Qrupunun tələbələrindən ibarət komandanın hazırladığı sayt bazarın araşdırılması və keyfiyyət baxımından yüksək qiymətləndirilərək, birinci yerə layiq görülüb. İkinci və üçüncü yerləri Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrindən ibarət komandalar qazanıb. Qaliblərə sertifikat və mükafatlar təqdim edilib.
ADİU-nun tələbələrinin İKT bacarıqlarını inkişaf etdirmək məqsədilə “İstedad Keyfiyyətin Təməlidir” müsabiqəsinin hər il keçirilməsi qərara alınıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iqtisad_Universiteti_telebelerinin_IKT_bilikleri_sinaga_chekilib-913753

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR