“Azercell” müştərilərinə reklam və məlumat xarakterli SMS-ləri kriterilərə dair seçmək imkanı verir

“Azercell” müştərilərinə reklam və məlumat xarakterli SMS-ləri kriterilərə dair seçmək imkanı verir
19:28 23 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
“Azercell Telekom” MMC müştərilərinə reklam və məlumat xarakterli SMS-ləri məzmun, xidmət növü və digər kriterilərə dair seçmək imkanı verir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, abunəçilərə müştərisi olduğu mağazalar şəbəkəsindən, bank və ya digər müəssisələrdən onların xidmətləri haqqında SMS-lər göndərilməsi halları mümkündür. Bundan başqa, müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən SMS-lərdən imtina etmək üçün “STOP” sözünü 5010 qısa nömrəsinə göndərməklə (SMS-lər ödənişsizdir) müxtəlif təşkilatların göndərdikləri SMS-lərin alınmasından imtina etmək olar. Bir çox hallarda isə müştərilər SMS-ləri almaqda maraqlı olurlar. Çünki məhz belə SMS-lər vasitəsilə, hansısa kampaniyaların keçirilməsi, endirimlərin olması, müəyyən sahəyə aid əlverişli xidmətlər haqqında xəbər əldə etmək olur. Bu baxımdan arzu olunan SMS-lərin qəbul edilməsinə imkan yaradılır. Hazırda abunəçilər yalnız onları maraqlandıran brendlərdən ibarət siyahı hazırlaya bilərlər. Bunun üçün hər bir istifadəçi maraqlandığı brendin adını 5010 qısa nömrəsinə göndərməlidir. Siyahının ləğv edilərək bütün SMS-lərin qəbulunu yenidən bərpa etmək üçün “START” sözü 5010 qısa nömrəsinə göndərilməlidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azercell_musterilerine_reklam_ve_melumat_xarakterli_SMS_leri_kriterilere_dair_sechmek_imkani_verir-913775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR