Dövlət Sularda Xilasetmə Xidmətində çalışan təcrübəli əməkdaşlar mükafatlandırılıb

Dövlət Sularda Xilasetmə Xidmətində çalışan təcrübəli əməkdaşlar mükafatlandırılıb
20:08 23 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş və yubiley yaşı tamam olmuş təcrübəli əməkdaşları FHN-in on illik yubileyi münasibətilə qurumun işçilərinin həmkarlar ittifaqı tərəfindən mükafatlandırılıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən nazirliyin həmkarlar ittifaqının sədri Mehman İsmayılov ötən on ildə respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşlarının vətəndaşların təhlükəsizliyinin təmin olunmasında göstərdikləri fədakarlıqdan söhbət açıb.
Nazirlik işçilərinin həmkarlar ittifaqı tərəfindən görülən işlər barədə qısa hesabat verən M.İsmayılov qeyd edib ki, FHN-in əməkdaşlarının mədəni istirahəti və asudə vaxtlarını mənalı keçirməsi istiqamətində tədbirlər görülüb. O, xidmətdə fərqlənmiş əməkdaşları və yubilyarları təbrik edib.
Tədbirdə Dövlət Sularda Xilasetmə Xidmətində çalışan və yubileyi qeyd edilən 7 nəfər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bundan başqa, 18 əməkdaşa xidmətdə əldə etdiyi nailiyyətlərə görə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Dövlət Sularda Xilasetmə Xidməti işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəxri fərmanı ilə təltif olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Sularda_Xilasetme_Xidmetinde_chalisan_tecrubeli_emekdaslar_mukafatlandirilib-913790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR