Daha bir şirkət Rusiyanı tərk etdi (FOTO)

Daha bir şirkət Rusiyanı tərk etdi (FOTO)
20:56 23 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın nəhəng neft şirkəti “ConocoPhillips” Rusiya bazarını tərk etdi.

ANS PRESS-in məlumatına görə, “ConocoPhillips” Rusiya dövlət neft şirkəti "Rosneft" ilə şərikliyə son qoyaraq, ”Polar Lights”dakı hissələrini "Rosneft"ə satıb. ABŞ nəhəngi 25 ildir ki, Rusiya bazarında fəaliyyət göstərirdi.

“ConocoPhillips” 2002-ci ildə “Conoco” və “Phillips Petroleum” neft şirkətlərinin birləşməsindən yaradılıb. Bundan əvvəl də bir neçə şirkət Rusiyadakı fəaliyyətlərini dayandırıb.



Belə ki, 15 dekabrdan etibarən "Toshiba" Rusiya televizor və mətbəx alətləri bazarlarından çəkildiyini elan edib.

"Toshiba"nın Rusiyadakı filialının rəhbəri Hiroaki Tezuka Rusiya valyutası, rublun həddindən artıq enməsi səbəbiylə satışın dayandığını bununla da iş birliyinə son verdiklərini bildirib.

Türkiyə inşaat məmulatları istehsalçısı Pimaş da zərər etdiyini səbəb gətirərək, "Toshiba"dan sonra Rusiya bazarından geri çəkilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR