Ucuz mallar bu ünvanlarda satılacaq - VİDEO

Ucuz mallar bu ünvanlarda satılacaq - VİDEO
21:32 23 Dekabr 2015
96 Digər
Ölkə mətbuatı
A- A+

Qarşıdan gələn Yeni il bayramı münasibətilə paytaxt Bakıda və Sumqayıt şəhərində kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil ediləcək. Yarmarka 6 gün-dekabrın 26-dan 31-ə qədər davam edəcək. Artıq yarmarkarların təşkil ediləcəyi ünvanlar və təxmini qiymətlər də məlumdur.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, kənd təsərrüfatı yarmarkalarının təşkil ediləcəyi yerlər seçilib. Yarmarkalar Paytaxt Bakının 5 rayonunda və Sumqayıt şəhərində fəaliyyət göstərəcək.

Yarmarkalar Xətai, Suraxanı, Nərimanov, Binəqədi, Səbail rayonunda olacaq. Yarmarkada 45 rayondan istehsalçılar məhsullarını satacaqlar. Sumqayıtdakı yarmarka daha böyük olması ilə fərqlənir. Orada minə yaxın fermer iştirak edəcək.

Yerləri dəqiqləşən yarmarkalarda hazırlıq işləri yekunlaşmaq üzrədir.

Yarmarkaya çıxarılan məhsulların qiymətləri də aktualdır. Hazırda bazarlarda mal ətinin qiyməti 6 manat 50 qəpik-7 manat, qoyun əti isə 8-9 manat arasında dəyişir.

Ət məhsulları ilə yanaşı meyvə-tərəvəzlərin də qiymətləri müəyyənləşdirilib. Kənd təsərrüfatı Nazirliyi manatın devalvasiyasının yarmarkada satılacaq meyvə tərəvəz məhsullarının qiymətinə təsirinə münasibət bildirib.

Yarmarkada süni qiymət artımı ilə qarşılaşsalar nazirliyin 16-52 qaynar xəttinə məlumat vermələri xahiş olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR