Rusların Türkiyəyə daha bir iddiası (VİDEO, FOTO)

Rusların Türkiyəyə daha bir iddiası (VİDEO, FOTO)
22:51 23 Dekabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

“Türkiyə baş qərargahı Rusiya bombardmançısı “Su-24”ün uçuş rayonunu və vaxtını dəqiq bilirdi”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Ankara bu məlumatları ABŞ-dan alıb. “Amerika tərəfinə isə bu informasiya uçuşların təhlükəsizliyi haqqında memoranduma görə məlum olub”,- deyə general izah edib.


General-mayor İqor Konaşenkov

Qeyd edək ki, noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.



Təyyarə böhranından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə Parisdə keçirilən İqlim Dəyişkənliyi konfransı zamanı görüşmək istədiyini dilə gətirmişdi. Lakin Putin Ərdoğanla görüşdən imtina edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR