Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Terrorçular ata və qızını öldürdülər

Terrorçular ata və qızını öldürdülər

Date: 24 December 2015 08:41

Türkiyədə mülki sakinlərin ölümü ilə nəticələnən terror hadisəsi baş verib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Mardin vilayətinin Dargeçit rayonunda PKK terrorçuları mülki əhalinin yaşadığı evlərə atəş açıb. Terrorçuların hədəfi olan bir evdəki ər-arvad və onların iki qızı güllə yarası alıblar.

Yaralılar dərhal hadisə yerinə cəlb olunan təcili yardım avtomobili ilə xəstəxanaya aparılıblar. Yaralılardan vəziyyəti ağır olan Necim Kılınc onun bir qızı yolda dünyalarını dəyişiblər. onun həyat yoldaşı ilə digər qızının müalicəsi Dargeçit dövlət xəstəxanasında davam edir. Hər iki yaralının həyati təhlükəsi davam edir.

PKK terror təşkilatının siyasi qolu Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşın Rusiyanın paytaxtı Moskvaya səfər etməsindən sonra terrorçular Türkiyədə hücumlarını intensivləşdiriblər.

Türkiyə ilə Rusiya arasında davam edən siyasi gərginlik zəminində xarici işlər naziri Sergey Lavrov separatçı lider Demirtaşa dəstək vəd edib.

Tags:  Terrorçular ata qızını öldürdülər


RƏYLƏR


Top news