Azərbaycanın qəlyanxanalarında xəstəlik mənbəyi olan borular

Azərbaycanın qəlyanxanalarında xəstəlik mənbəyi olan borular
09:37 24 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda qəlyan istifadə edənlər bu vasitənin siqaretə nisbətən sağlamlığa daha az ziyan vurduğunu düşünürlər. Araşdırmalar göstərir ki, əslində gün ərzində bir dəfə qəlyan çəkmək 4-5 qutu siqaret çəkməyə bərabərdir.
Azərbaycanda qəlyan çəkənlərin sayının artması yuxarı tənəffüs, ağciyər xəstəliklərinin artmasına səbəb olur. Bunu “Report”a açıqlamasında həkim-terapevt, ağ ciyər xəstəlikləri üzrə mütəxəssis Ərəstun Həsənov deyib.
Həkim qəlyanın borusu vasitəsilə orqanizmə daxil olan tüstünün ağız boşluğunun, traxeyanın, ağ ciyərin selikli qışasını və toxumasını zədələdiyini qeyd edib. Eyni zamanda onun sözlərinə görə, qəlyanın ağızlığı və suyu nə qədər dəyişdirilsə də, dumanın keçdiyi boru dəyişdirilmir: “Qəlyan çədkdiyimiz zaman başlıqlarla yanaşı boruların dəyişdirilməməsi nəfəs vasitəsilə qana ziyanlı mikroblar ötürür. Qanla yayılan ziyanlı elemetlər damarları daraldır. Bu zaman qan dövranının surəti azalır, daxili orqanlarda və toxumalarda oksigen zənginliyi itirilir. Bu da istənilən orqanın ilk növbədə də sinir, ürək-damar sisteminin, böyrəyin, qara ciyərin fəaliyyətinə mənfi təsir göstərir və ciddi şəkildə zədələyir. Vərəm, hepatit və s. təhlükəli xəstəliklərin mikroblarını oyadır. Belə maddələr həm də qadın və kişilərdə cinsi problemlərə səbəb olur”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Report"a deyib ki, qəlyan çəkmək məişət narkomaniyası sayılır: “Qəlyan çəkmək heç  
də siqaret çəkməkdən geri qalmır. Bəzən hətta siqaretdən uzaqlaşmaq istəyənlər alternativ yol olaraq qəlyan çəkməyi seçir. Bu özünü aldatmaqdan başqa bir şey deyil. Qəlyandan istifadə vaxtı bir insandan digərinə yoluxucu xəstləliklərin keçmə riski olduqca böyükdür. Qəlyan çəkənlər bildirirlər ki, vasitənin borusuna taxılan başlıqlar dəyişdirilir. Amma başlıqlar dəyişdirilsə belə xidmət göstərənlər borudan xəstəlik keçməyəcəyinə zəmanət verirlərmi? Başlıqlar dəyişdirilsə belə, insanların nəfəsində olan bakteriyalar nəfəs vasitəsilə boruya keçib, ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər".
E.Hüseynov deyib ki, “İstehlakçıların hüquqlarının qorunması haqqında” Qanunda istehlakçının çoxsaylı məhsullardan, xidmətlərdən istifadə etmək, dəyişdirmək və təkmilləşdirmək üçün xidmət göstərən qarşısında tələb qoymaq hüququ var: "O cümlədən, istehlakçının tam hüququ var ki, qəlyan çəkəndə təkcə başlığı deyil, borunuda dəyişməyi tələb etsin. İstehlakçının tələbini yerinə yetirmək isə xidmət göstərənin borcudur. Xidmət göstərən dəyişmədiyi halda isə müştəri şikayət edə bilər”.
Məsələni "Report" üçün şərh edən hüquqşunas Xalid Ağaliyev ölkədə ictimai və qapalı yerlərdə qəlyanın istifadə və satışını tənzimləyən qanunun mövcud olmadığını bildirib: “Azərbaycanda ictimai yerlərdə qəlyanın çəkilməsini qadağan edən qanun layihəsi Milli Məclisə təqdim edilib. Lakin bununla bağlı heç bir yenilik yoxdur. Əslində, əhali bu sahədə maarifləndirilsə yaxşı olardı. Qəlyan istifadəçiləri ayrı-ayrı başlıqlardan istifadə etməklə xəstəliklərdən qoruna biləcəklərini düşünürlər. Amma onlar bilmirlər ki, məhz eyni borudan istifadə etməklə çox pis xestəliklərə yoluxmaq mümkündür. Heç kim qəlyanın borusuna yığılan xəstəlik bakteriyalarından sığortalana bilməz. Boruya taxılan başlıqlara belə güvənmək düzgün deyil, çünki onlarında hansı yollarla və nədən hazırlandığını bilmirik. İnsanın ağız boşluğunda və nəfəsində min cür bakteriya var. Təsəvvür edin ki, 5-6 insanın nəfəs və ağız boşluğunda olan bakteriyalar qəlyanın borusuna toplanır. Bu digər insanın istifadəsi zamanı dəyişdirilməyəndə nəmli tüstü vasitəsilə digər sağlam şəxsin orqanizminə daxil olur. Əlbətdəki bunun nəticəsi ağır olmaya bilməz”.

Səhiyyə Nazirliyindən isə "Report"un sorğusuna cavab olaraq bildiriblər ki, qəlyanın ziyanlı olması ilə bağlı ilk növbədə Milli Məclis qanun qəbul etməlidir: “Yalnız bundan sonra Nazirlik qanun çərçivəsində tədbirlər həyata keçirə bilər. Qəlyanın əhali arasında istifadəsinə zərərli olması və ictimai yerlərdə çəkilməsinə qadağa qoyulması ilə bağlı parlamentin qərarı olmadan Səhiyyə Nazirliyi hər hansı bir addım ata bilməz”.
"Report" tərəfindən aparılan araşdırmalara görə, Azərbaycana qəlyan əsasən İran və Dubaydan, içlikləri isə daha çox İrandan gətirilir. Qəlyanların qiyməti ölçüsündən asılı olaraq 10-250 manat arasında dəyişir. Qəlyan ziyanlı olduğu üçün hətta bir çox xarici ölkələrdə satışı qadağan olunub. Belə ki, Türkiyə, Rusiya, Ukrayna, Qazaxstan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Almaniya, Fransa, İsveçdə xüsusi nəzərdə tutulmuş qəlyanxanalardan başqa ictimai yerlərdə qəlyan çəkməyin cəriməsi çox böyükdür.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İcarəyə götürdüyü DVD diskin içərisindən pul və məktub çıxdı - FOTO

20 Avqust 2017 13:53

Ağcabədidə "Mercedes" yandı

20 Avqust 2017 13:50

Məşhur yazıçı-aktyor dünyasını dəyişdi

20 Avqust 2017 13:43

"Bizim üçün ən böyük təhlükə standart vəziyyətlərdi" - Əfran İsmayılov

20 Avqust 2017 13:37

Türkiyə ordusundan hava zərbələri

20 Avqust 2017 13:37

Sabah hava necə olacaq?

20 Avqust 2017 13:33

Faytonçu Nazimin günahlandırdığı həkim danışdı: "ONA ƏVVƏLDƏN DEMİŞDİK"

20 Avqust 2017 13:24

93 yaşında öldü, 130 arvadı dul qoydu - FOTO

20 Avqust 2017 13:23

Mərhum aktyor Fuad Əhmədovun doğum günüdür

20 Avqust 2017 13:18

Hitler və alman ordusu barədə İNANILMAZ FAKTLAR - FOTO

20 Avqust 2017 13:08

72 il əvvəl vurulmuş gəminin qalıqları tapıldı

20 Avqust 2017 13:05

Dünya ölkələrində avtobusları belə gözləyirlər - FOTO

20 Avqust 2017 12:58

Azərbaycan Prezidenti Şəmkir rayonuna səfərə gəlib

20 Avqust 2017 12:51

Avropanın ən “seksual çimərliklər”inin SİYAHISI

20 Avqust 2017 12:48

Ozancan baxdı, bəs Dəniz?

20 Avqust 2017 12:47

Bərdədə toy karvanının avtomobili 4 nəfəri vuraraq hadisə yerindən qaçıb: ölən və yaralananlar var

20 Avqust 2017 12:42

Tanınmış müğənninin xanımı alt paltarında...

20 Avqust 2017 12:41

"Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq" - Qara Qarayev

20 Avqust 2017 12:38

Həftənin ilk iş günü üçün HAVA PROQNOZU

20 Avqust 2017 12:29

Ofis həyatını daha sadə edən 20 İXTİRA - FOTO

20 Avqust 2017 12:28

Banqladeşdə baş nazirə qarşı sui-qəsdə cəhd etmiş 10 nəfər edam edilib

20 Avqust 2017 12:27

"Ginnesin Rekordlar Kitabı"na düşən Bakı metrosu haqda

20 Avqust 2017 12:25

"Zirə" Yevlaxda, "Sumqayıt" Qəbələdə imtahan verir - YENİLƏNİR

20 Avqust 2017 12:17

Həftənin ilk gününə olan hava proqnozu

20 Avqust 2017 12:09

Məşhur filmdəki səhnə gerçəkləşdirilib

20 Avqust 2017 11:58

Qurban Qurbanov: “Mahir Mədətova görə narahatam”

20 Avqust 2017 11:53

Türkiyəli aktyor özündən 40 yaş kiçik xanımla evlənir

20 Avqust 2017 11:49

Gədəbəydə Heydər Əliyev Mərkəzinin açılışı olub

20 Avqust 2017 11:47

Kamransız "Mlada Boleslav"ı "kötəklədilər"

20 Avqust 2017 11:47

ABŞ-da 27 nəfər saxlanılıb: Söz azadlığına dəstək mitinqində

20 Avqust 2017 11:43

İraqda 2 gəmi toqquşdu

20 Avqust 2017 11:40

Eddi ilk turda nə etdi?

20 Avqust 2017 11:37

Şahdağ Millli Parkında yanğın

20 Avqust 2017 11:30

Bakıda "KamAZ" və ev yanıb

20 Avqust 2017 11:28

Sabaha olan hava proqnozu açıqlanıb

20 Avqust 2017 11:27

Barselonadakı teraktın təşkilatçısı imam olub

20 Avqust 2017 11:18

46 yaşlı kişi içkidən zəhərlənərək öldü

20 Avqust 2017 11:16

“Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı

20 Avqust 2017 11:14

Baş nazir terrorçulara xəbərdarlıq etdi

20 Avqust 2017 11:10

Yarımtikilidə ölən kişinin şəxsiyyəti müəyyənləşdi

20 Avqust 2017 11:09

ADƏM və HƏVVA TƏKZİB OLUNUR - MARAQLI FAKTLAR - İnsan nə vaxt və necə yaranıb?

20 Avqust 2017 11:08

Maestro Niyazinin anadan olmasının 105-ci ildönümüdür

20 Avqust 2017 10:58

Hindistanda güclü daşqınlar

20 Avqust 2017 10:54

Surqutdakı terror aktını Artur Hacıyev həyata keçirib

20 Avqust 2017 10:48

Mingəçevirdə tapılmış kişi meyitinin kimliyi məlum olub

20 Avqust 2017 10:42

Fransada terror həyəcanı

20 Avqust 2017 10:39

Xəzərdə batan 2 nəfər xilas edilib

20 Avqust 2017 10:33

Qaradağda "KamAZ" yandı

20 Avqust 2017 10:32

Daha bir şəhər İŞİD-dən azad edilir - ƏMƏLİYYAT BAŞLADI

20 Avqust 2017 10:29

Prezident İlham Əliyev Gədəbəy rayonuna səfərə gəlib

20 Avqust 2017 10:25