Azərbaycan Dövlət İqtisad Universitetinin 85 illik yubileyi qeyd edilir

11:43 24 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, Elvira Məmmədova, AZƏRTAC
Dekabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu ali təhsil ocağının 85 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirində əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
ADİU-nun rektoru, professor Ədalət Muradov universitetin yaranma tarixi, fəaliyyəti, iştirak etdiyi beynəlxalq layihələrdən danışıb, kollektivi bu əlamətdar gün münasibətilə təbrik edib.
Təhsil naziri Mikayıl Cabbarov ADİU-nun 85 ildə keçdiyi şərəfli yoldan, ölkə rəhbərliyi tərəfindən bu ali məktəbə göstərilən dövlət qayğısından danışıb, yubiley münasibətilə kollektivi təbrik edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Dovlet_Iqtisad_Universitetinin_85_illik_yubileyi_qeyd_edilir-913897

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR