Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib

Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib
12:03 24 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Mədinə şəhəri (Səudiyyə Ərəbistanı) 2017-ci ilin, Təbriz (İran) şəhəri isə 2018-ci ilin İslam turizm paytaxtları seçib. Nazirlər Türkiyənin Konya şəhərini 2016-cı ilin İslam turizm paytaxtı kimi təsdiq ediblər.
Qeyd edək ki, bu ada namizədlər arasında Yəzd (İran), Tayping (Malayziya), Silhet (Banqladeş), Yaqrhat (Banqladeş) və Mardin (Türkiyə) kimi şəhərlər də var idi.
Tədbirdə çıxış edən İƏT-in baş katibi İyad Əmin Mədəni təşkilata üzv dövlətlərdə turizm sektorunun daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb, qeyd edib ki, üzv ölkələr 2013-cü ildə 147 milyon turist qəbul ediblər ki, bu da 2009-cu il göstəricisindən (156 milyon turist) çoxdur. Əldə edilən gəlirdə isə 20 milyard artım qeydə alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tebriz_seheri_2018_ci_ilin_Islam_turizm_paytaxti_sechilib-913903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR